Yazda coşan dağ selləriQışın qarından yaranır.

İncə güllər təbiətinİlk baharından yaranır.

Şeir şair könüllərinİntizarından yaranır.

Bağçalar əməkçilərinƏl qabarından yaranır.

İnsanların yamanlığıDünya varından yaranır.

Azadlıq ulusdaşlarınİxtiyarından yaranır.

Tarix şanlı ərənlərinYadigarından yaranır.

Qəhrəmanlar uluslarınEtibarından yaranır.

Yurd xəritəsi ərlərinŞah damarından yaranır.

Bayraq ölməz oğullarınDağ vüqarından yaranır!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar