Bir səs deyir:Rza, durma!Rza, yaz!Yaza, yaz!Qarşı gündən gülümsəyənyaraşıqlı yaza, yaz!Qırçın tarla,faraş qoza,bol pambıqlı yaza, yaz!Bu səs mənə əmr edir.Bu səssəsi səsim olanbir varlığın əmridir.Bu səs deyir:Rza, durma!Rza, yaz!Yaza, yaz!Kəlmələrin bir-birilə yarışsın!Səsin,“pambıq, pambıq” deyənqudoklarla sarışsın!Bu hayqırış,bu tələbgündüz boylutarlalara daraşsın.Rza, durma!Rza, yaz!

Gəlişiləyağıları qamçılayanyaza, yaz!Bu yaz, bolşevik yazı,pambıq yazı.Anlatmaz bu yazı,hər sətrindəköhnə dünya xumarlanansayrulu,həzin yazı.Mənim şerim bu günün,Bu gündür mənim şerim.Bu günsüz yarın olmaz.Bu gün yoxsa,yarınlar da qurulmaz.Bu gün deyir:pambıq verzərbəçi dəzgahlara!Qoyma yadlar ölkəninsərvətini apara!Fabrikalar baxmasınözgələrin əlinə!Özün ək!Özün becər!Ödəsin ehtiyacıöz yurdundakı əllər.Elə isə yubanma!Günlər dayanar sanma!Rza, durma!Rza, yaz!Çoxları yazdı kəndindərdini yana-yana.Heyhat ki,çıxarmadı,çıxarmazo xəstə kəndlərinxəstə dərdləridərdləri bambaşqa olankolxoz qəlblikəndimizi bir yana.“Kəndin dərdi”¹ kəndin dərdi deyildir.Bu dərd, yeni kəndlərindüz yolunu əyildir.Şəhərin dərdləriniyoxaltmaq kəndin dərdi.Kəndin də dərdləriniyoxaldacaq şəhərdir.Bizim şəhər,yeni şəhər, proletar şəhəri.Yenə odur,bir səs deyir:Rza, durma!Rza, yaz!Bolşevik templipambıqlı yaza yaz!Şair göyləri gəzirdərdlərin sorağında.Dərdlər uzaqda deyil,onlar göz qabağında.Kənd susuzdur,kəndə su!Axmasın qoygendə su!Gümüş belli yelmar kimi,şütüyərək qaçan Araz!Sənə pambıq çöllərinintələbi vardır bu yaz.Bağrı yarğanlıgeniş çöllər, Araz,boz muğanlarlayanıq millər, Araz,sənə həsrətli bu gün;

mehriban bir anasan,onları çək,bağrına bas!Çağır çıxsınyarışa Kür.Bəlkə ilanlar mələyənboz çöllərləbarışa Kür.Sarışa Kür,qarışa Kür.Süd aydınlıq gecələrdəal lentlər kimi titrək,qıvrımlarla burulan Kür!Gah dəlicə coşub daşan,gah həddini keçib aşan,bəzən əmlik quzu kimi,qaçıb-qaçıb yorulan Kür.Bəzən sahilini sökən,acığını elə tökən.Bəzən bəndlər arasındailan kimi qıvrılan Kür.Gah köpüklənib lillənən,gah çılğın kimi dillənən,bəzən sakit-sakit axıb,gündüz kimi durulan Kür.

Bəzən səndə tufan yaparbir cilovsuz acı ruzgar.Bəzən saçlarını dararbir mehriban yel, nədən, Kür?Dalğasında gümüş ayı,nazlı-nazlı yellədən Kür.Göy örtüklü,yaşıl donlugərdənliyi güllərdən Kür!Doğruduydum saya gəlməzsonsuz gözəlliklərini.Fəqət duymaq –sevmək deyildir, Kürüm!Nəyə lazım gözəlliyin, –su çəkənlər ac qalarsa?Sən axırkən qürurunla, –göy tarlalar saralarsa?Qol-budaq at,böyü, Kürüm!Al qoynunasənə həsrətobaları,köyü, Kürüm!Qulaq vermə şairin“lirik” misralarına.Ləkəsiz alnınla çıxsən ömrün baharına!Bax, vəsiqə yazılı,gediş yolları açıq!Əyilib keçmə, Kürüm!Qoy səninlə öyünsünpambıq tarlasına axanhər mehriban çeşmə, Kürüm!Yetər əyildin keçdin,qoca tarix boyunca!Açılmadı bir aynan,sevinmədin doyunca.Sənə xor baxanlar qoy,indi əyilsin, Kürüm!Sən bu coşqun həyatdanayrı deyilsən, Kürüm!Meydan sənin, –söz sənin.Sənə bu güntələb verirbu sosialist vətənim!

Bu sadə bir umğu,bir arzu deyil.Bu tələbdir,yaxşı bil!Göz işləyən tarlalarıpambıqlar örtsün bu yaz!Qoruqlarda,subasardaqalmasın bir yer boyaz!Ağ örtüklü qozalarlasıralansın pambıqlar.Başı qarlı dağlar kimitopalansın pambıqlar.Bu yazilin dörd fəslindənbiri olan yaz deyil.Bu yaz pambıq yazıdır.Bu pambıqlı yeni ilmübarizə yazıdır.İnan ki, biz,aşqın-daşqın işimizləonun böyük planınıtamamlaya bilərik.Hər açılan qozasıdüşmənə bir kəfənlik.(Düşmənlik olmamaqçın,qızışmalı düşmənlik!)Bu yaz,sınaq yazıdırmübarizə yollarında.Mübarizəbu gün də varyarın da.Mən də onunən ön sıralarında.

Bakı, 1931

¹ “Kəndin dərdi” – M.Rəfilinin şeridir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri