Əlcəzairdə,geniş meydandaöldürdülər onu.Öldürdülər günün günorta çağı,minarədə azan başlayanda.Arxası üstə yıxılıbqanlı döşəməyə.Elə bil uzanıb qırmızı bayraq üstündə.Bığ yeri yenicə tərləyib.Əlləri iri, qabarlı;günəş yanığı ilə örtülü.Gözləri açıq,iki dərin qan gölü.Yanında bir parça qanlı çörək –bu gününartıq gərək olmayacaq ruzisi.Döşəmədəçilik-çilik kuzədən tökülüb,qırmızı ilan kimi,burula-burula süzülüb gedənqanqarışıq suyun izi.Əlcəzair meydanında,günün günorta çağı,öldürdü onu “ultralar”.Öldürən avropalı – gəlmə,“mədəniyyət” silahlı,“qüdrət” səngərli.Ölən afrikalı,o torpağın balası, yerli.Öldürən – gizlində oturub,aşkarda işini görəngeneral – Salan.Ölən – tərsanə fəhləsiƏbu Zahid Salman!Milləti ərəb,dini müsəlman.Mən çoxdandır nə dinə qailəm,nə təriqətə.İnanıramduyduğum, anladığım həqiqətə,Lakin durmuş olsaydıƏlcəzair meydanındamənimlə üz-üzəyüz əli silahlı –Ultra – gürzə,uzaq Əlcəzair oğlu –qardaş Salman!Mən də sənin kimitərəddüdsüzdeyərdim:– Müsəlmanam, müsəlman!Müqəddəs kitabların,ata-babadan bəri,başa düşə bilmədiyimsözlərini təkrarlamaqla. Yox!İtaət,Səbr,Qorxu,Şükran dini deyil,dinim mənim.Düşmənə – düşmənəm!Qənimə – qənim!Mən də sənin dinindəyəm:Qalib gələnə qədər mübarizə,azadlıq uğrunda, lazım gələrsə,təəssüfsüz ölmək;Vətən deyilən ana torpağıqəlbimin duyğusu,gözümün çimiri, yuxusu,

ömrün az, ya çox qalangünləri bahasınaqorumaq dinində.Mənim dinimdir səninqəzəbin də, kinin də.Eşitsin Yer kürəsi –Böyük Anam!Mən müsəlmanam!Cənazəni sükutlaizdihamlı küçələrdən keçirib aparan,min-min ürəkdənqəzəb qığılcımı qoparan,insanlar sırasındayam!Mən, röyalarında gördüyün dünyanınvətəndaşıyam!Mən, əliqabarlı,könlü qubarlı,sinəsindəişıqlı günlərin həsrəti,ömrünün vərəqlərindəneçə əsrin dərdi,hər yəhudinin,xaçpərəstin,bütpərəstin,müsəlmanınqardaşıyam,Azadlıq uğrundamübarizə döyüşçüsünün cəbhədaşıyam!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri