Epitafiya əvəzinə
Öldü!Gün... saat... dəqiqə...Bəlkə bu ölümün tarixi dürüst deyil.Bəlkə bu ölüm çoxdan başlayıb.Bəlkə bu ölümü ilk gündənhəyat ona aşılayıb?Bəlkə uzaqlardanayaq tutub gəlib bu ölüm?Böyüyüb yavaş-yavaş,əsəblərində, qəlbində, beynində onun.Rəngini, soyuğunu çəkibəllərinə, üzünə indi onun.Bir söz yarasından başlayıbözü başqasını yaralayanda.Bir qibtədən mayalanıb,Bir həsrətdən göynək alıb.Eh, kim axtarıb tapacaqömrün o ilk trombunu?O bir damla laxta qan ki,bütün həyat zinətindənsoyundurub onu.Bəlkə ilk baxışdaəhəmiyyətsiz görünənbir hadisə qüvvət verməsəydi, –bu son dəqiqədə,ölüm namərd düşmən kimihələ çox dayanacaqdı pusquda;girəvə axtaracaqdı,fürsət gəzəcəkdi.Bəlkə də yaşamaqçınelə bu gün ona,bir şəfqət – təbib,bir söz – valokordin,bir qayğı – ilişik gərəkdi...Bilmirəm.Həqiqət olan, şübhəsiz olan,qayıtmaz olanbir şey var: ölüb İNSAN!Nə sıramızda görünəcək bundan belə,nə bir söz deyəcək,nə bir iş görəcək,nə bir udum su içib,bir tikə çörək yeyəcək.Fərq etməyəcək isti-soyuğu,ən uzun gündüzü,ən qısa gecəni belə.Qoydu getdi ciyərlərininsərbəst cirəsi – oksigeni belə.Nə görəcəyik təbəssümünü;az olsa da, nadir olsa da,axı vardı təbəssümü;susuz səhrada möcüzə – çiçək kimi.O da insan idi.Haqsız sözləri də vardı.bəzən qəzəblə, kinlə,bəzən mülayim baxan
gözləri də vardı.Onun da həyat yollarındaaddımının yaxşısı, pisi vardı.Bəlkə qəlbinin bir bucağında,bir düyürcək qan laxtasından əvvəl,bir xırda niyyətin hisi vardı.Mətləb bunlarda deyil.O da insan idi.Yolu nə bizimkindən hamar,nə asan idi.Hansı dəqiq bir alət ölçə bilər,hesablaya bilər,yersiz bir sözümüz, bir an sükutumuz,ya ötəri biganəliyimizləinsan ömründə qırdığımızdəqiqələri, saatları, günləri?Həyat deyilən möcüzəninHeç bir qiymətəsatın alına bilməyənparçalarını –yaşamaq açarını.Mən bilmirəm nə zamannədən öldü, niyə?Ölüm gözə görünsəydigöz yaşı kimi, torpaq kimi,kitab kimi;sayardıq bu damcıları,zərrələri, varaqları.Bəlkə hər damcının uğursuzmüəllifini,hər zərrənin vəznini,hər varaqda yazılmış acısözləri –çəkərdik haqq divanına.Yox!Nə metereoloji xidməti varölümünxəbər verə:Sabah, ürək nahiyəsinə bir damcıqara qan laxtası gələcək;ya qan damarı partlayacaqfilan yerdən;evdə, iş başında, yol üstündə.Ya illərlə yığılmış nisgilpozacaq maddələr mübadiləsinifilan ayda, filan gündə.Boğacaq nəfəsini.Susduracaq,əbədi bir sükut içindətorpaq, su, hava kimi adi olan səsini.Yoxdursa belə idarə, belə mərkəz;ömrümüzü axan duru çay kimi,gecələri nurlandıran Ay kimi,baharla qol-qola gəzən may kimikeçirək;üzüağ, alnıaçıq!Vallah, ən duru çaydan,ən nurlu aydan,ən gözəl maydanyaxşıyıq biz.Axı biz İnsanıq!
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-epitafiya-evezine
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Məstanə gözlərin xumarlanubdur,Can almaqda gənə xəyalmı var?
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
GülÇün olur fəsli-bahar, eylər özün izhar gülƏndəlib məstü xabından qılar bidar gül
DustNədir eşqindən özgə canım ey dustOdur can ilə çün cananım,ey dust