Sabahdan etibarən dördüncü səhifəmizdə çox maraqlı xatirələrini
oxuyacağınız Məmməd Əmin Rəsulzadə Qafqazda Azərbaycan cümhuriyyətinin
təşəkkülündə və milli qurtuluş hərəkatında tarixi rolu olan Milli Azərbaycan
“Müsavat” Xalq Partiyasının liderliyinə 1917 və 1919-cu illərdə Bakıda toplanan
partiya qurultaylarında yekdilliklə seçilmişdir.
28 may 1918-ci ildə cümhuriyyətin istiqlalını elan edən Azərbaycan Milli
iurasının sədri idi. Mühacirətdə Azərbaycan milli hərəkatını illərdən bəri təmsil
edən Milli Azərbaycan Mərkəzinə sədrlik etmişdir.
Müsəlman dünyasının tanınmış bir mühərriri olan Rəsulzadə 1905-1908-ci
illər arasında Bakıda intişar edən türkcə qəzetlərdə işləmiş; 1915-1917-ci illərdə
yenə Bakıda məşhur “Açıq söz” qəzetini təsis və nəşr etmişdir. 1908-1911-ci illər
arasında Tehranda Iran üçün ilk dəfə olaraq Avropa üsulunda gündəlik “Irani-nou”
qəzetinin müdir və baş redaktorluğunu etmişdir (bu xüsusda bax: E.Brown. Nisfory
literary of Persia. London). Istanbulda çıxan çeşidli türk qəzet və jurnallarında (o
cümlədən “Türk yurdu”) çalışmış və 1923-cü ildən 1929-cu ilə qədər Istanbulda
nəşr olunan Azərbaycan jurnallarını idarə etmişdir.
Qafqazlılar arasında tanınmış siyasət adamıdır: Mavərayi-Qafqaz seymində
(1918) müsəlman fraksiyasına sədrlik etmiş, Maverayi-Qafqaz hökumətinin 1918-
ci ildə Trabzona, sonra da Batuma, o zamankı Türkiyə nümayəndələri ilə
müzakirəyə göndərdiyi heyətlərdə iştirak etmişdir.

      1884-cü ildə Bakıda doğulmuş Məmməd Əmin Rəsulzadə hələ gənc ikən
      siyasi həyata atılmış, 1903 və 1904-cü ildən etibarən çar rejimi əleyhinə gizli
      fəaliyyətlərdə iştirak etmişdir. Özünün təşkil etdiyi azərbaycanlı gənc inqilabçılar
      dərnəyinə başçılıq etmişdir. Bu arada konspirasiya şərtləri içində Stalinlə təmasa
      girmiş və aralarında yaxşı münasibətlər təsis olunmuşdur. 1908-1910-cu illərdə
      Irandakı məşrutə hərəkatına qoşulmuş, burada Iran Demokrat Partiyasının Mərkəzi
      Komitəsinə daxil olmuş və bu partiyanın ideologiyasını həmin partiyanın lideri
      Seyid Həsən Tağızadə (Iran senatının sədri) ilə birlikdə işləmişdir.
      1910-cu ildə Iranda nüfuzu qüvvətlənən çar hökuməti səfarətinin tələb və
      təzyiqi ilə oranı tərklə Istanbula gəlmişdir. Burada Türkiyə siyasi cəmiyyətləri, o
      cümlədən Türk ocaqları ilə bərabər çalışmış; eyni zamanda buradan, Bakıda
      təşkilatlanmaqda olan gizli Azərbaycan fəaliyyətilə təması davam etdirmiş və
      1911-ci ildə “Müsavat” Partiyasının təsisini təşviq etmişdir.
      1913-cü ildə Romanovlar sülaləsinin 300 illik səltənət yubileyi münasibətilə
      elan olunan əfvi ümumidən istifadə edərək Bakıya qayıtmış, burada həm nəşriyyata
      başlamış, həm də gizli “Müsavat” Partiyası çalışmalarına və yarım gizli bir neçə
      təşkilat və cəmiyyətlərin fəaliyyətlərinə müyəssər olmuşdur.
      1915-ci ildə I Dünya müharibəsi əsnasında Bakı hərbi qubernatoru
      tərəfindən həbs edilmiş və 1917-ci ildə hərbi məhkəməyə verilmək üzrə ikən
      Rusiyada zühur edən inqilab üzündən azad olunmuşdur.
      1917-ci ildə Milli Azərbaycan “Müsavat” Xalq Partiyası birləşmiş qurultayı
      ilə eyni ildə Bakıda toplanan Qafqaz Müsəlmanları qurultayında Qafqaz ilə
      Azərbaycanın Rusiyadan ayrılaraq muxtar və müstəqil olmaları tezisini müdafiə
      etmiş; eyni ilin mayın 10-da Moskvada toplanan Rusiya Müsəlmanları
      qurultayında Rusiyanın milli dövlətlərə parçalanmasını istəyən bir qərar layihəsini
      qəbul etdirmişdir.
      Bundan sonra Tiflisdə toplanan Mavərayi-Qafqazın Rusiyadan ayrılmasını
      tələb etmiş və bu tələb 1918-ci ilin fevralında qəbul olunmuşdur.
      1918-ci il mayın 26-da Maverayi-Qafqazın parçalanması üzündən
      Azərbaycan Milli iurası 1918-ci il mayın 28-də Azərbaycan cümhuriyyətinin
      istiqlalını elan etmiş və bu Şuranın sədri sifətilə M.Ə.Rəsulzadə Osmanlı
      hökumətilə bir müqavilə imzalamıŞdır. Bu müqaviləyə görə türk ordusu bolşevik
      istilası altında olan Bakının qurtuluşu üçün Azərbaycan silahlı qüvvələrinə yardım
      etmişdir.

      Cümhuriyyənin rus bolşevikləri tərəfindən istilasından sonra (27 aprel

  1. M.Ə.Rəsulzadə həbs olunur. Həbsdə ikən Stalin onu ziyarət edir. Nəticədə
    Moskvaya aparılır və orada iki il göz dustağı olur. 1922-ci ildə Fin körfəzi
    üzərindən qaçaraq Avropaya çıxır, oradan Istanbula gəlir və burada nəşriyyat və
    siyasi fəaliyyətini davam etdirir.
    Dövri və davamsız nəşriyyatla bolşevik siyasətini, xüsusən kommunistlərin
    şərq siyasətini ifşa edir. Sovet intriqaları ilə diplomatik demarşları nəticəsində
    Istanbulu tərkə məcbur qalınca o öz çalışmalarını Avropaya köçürür. Burada
    “Promotey” cəmiyyətində (Rusiya məzlum millətlərinin birləşmiş cəbhəsi) və
    1934-cü ildə Qafqaz konfederasiyası paktını imzalayan Qafqaz Millətləri
    Birliyində çalışır. Rusiya məzlum millətlərinin müŞtərək orqanı olub Parisdə
    fransızca intişar edən “Promotey” jurnalında müntəzəm məqalələr dərc etdirir
    (1928-1939).
    Ikinci dünya müharibəsi onu dörd il yaşadığı Varşavada yaxalayır. Polşalı
    dostları ilə birlikdə Buxarestə gəlir. Almaniyanın Sovet Rusiyası ilə başlanan
    müharibəsi əsnasında Almaniya Xarici Işlər nümayəndəsi fon Şulenberqin (sonra
    Hitlerə sui-qəsd hadisəsində iştirakına görə öldürülən) dəvəti ilə 1942-ci ildə
    qafqazlı digər millətlərin nümayəndələri ilə birlikdə Berlinə gəlir. Qafqazın və o
    cümlədən Azərbaycan cümhuriyyətinin müqəddəratı ətrafında müzakirələrə girişir
    və nasistlərin millətlərin istədiklərini anlamaq qabiliyyətindən məhrum
    olduqlarına, Almaniya hökumətinin Azərbaycan xalqının haqlarını tanımaq
    istəmədiyinə və milli qurtuluş hərakatının gərəkliyinə hörmətsiz olduqlarına qənaət
    gətirərək, Almaniya siyasəti haqqındakı mənfi düşüncələrini 5 avqust 1943-cü il
    tarixli bir memorandumda bəyan edərək Berlini tərklə Buxarestə qayıdır.
    1944-cü ildə bolşeviklər Buxarestə yaxınlaşınca hadisələr onu Qərbə
    çəkilməyə məcbur edir. Isveçrəyə getmək üçün viza almaq imkanında
    olmadığından Isveçrə sərhədinə yaxın Freyburq 1/B Şəhərinə gəldi. 1944-cü ilin
    oktyabr ayında bu Şəhər qorxunc hava hücumuna məruz qaldığından o, mərkəzi
    Almaniyaya sığınmağı məcbur etdi. 24 aprel 1945-ci ildə Amerika işğal
    məntəqəsində olur. Nəhayət, 1947-ci ilin sentyabrında Türkiyəyə gələ bilir və o
    zamandan bəri Ankarada yaşayır. Türk ensiklopediyasında çalışır. 1951-ci ildə
    Türkiyə Cümhuriyyəti Milli Təhsil nəşriyyatında “Azərbaycan Şairi Nizami” adına
    kapital bir əsəri çap edilmiŞdir. Sovet Rusiyası və Azərbaycan mövzularına dair
    müxtəlif məqalə və risalələr nəşr olunur. Kommunizm əleyhində və Qafqaz davası
    lehindəki inadlı mübarizəsini davam etdirir.

“Dünya”, 21 may 1954-cü il

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Nizami Azərbaycan şairi

Nizaminin yaradıcılığı forma baxımından Azərbaycana nisbətdə milli deyilsə də, hissiyyat, duyğu, düşüncə, şüur və şüuraltı varlığı ilə öz yetişdiyi mühitə dərindən bağlıdır.Bu bağlılıq onu bizim gözümüzdə azərbaycanlı bir şair olmaqdan başqa, bir Azərbaycan şairi də etmişdir.

19491 dəq
Nizaminin yaradıcılığı

Nizami yalnız klassik İran ədəbiyyatında deyil, bütün dünya ədəbiyyatında müstəsna yer tutan bir şairdir. Onun şeri, həm özü yaratdığı yeni janr (eşq əfsanəsi), həm bu janr ilə tam ahəngdə olan məzmun və məna (ruhi təhlil), həm özünəməxsus kəskin ifadəli (rəmzli) dili, həm heç bir şeyi gözdən qaçırmayan qavrayışlı görüş (qüdrətli təsvir), həm yüksəklərdə uçan geniş təxəyyüllü parlaq obraz və təşbehlər, həm də təsadüfə yer vermədən hər şeyi dəqiqləşdirib anladan və tək bir kökə bağlayan qavrayışlı fəlsəfə (vəhdəti-vücud nəzəriyyəsi) ilə eni-boyu ölçülməyən ucaman bir əsərdir. Bu əsərdə bizi özünə cəlb edən amil şair Nizaminin yanında eyni gözəllik, qüdrət və mətinliklə bərabər yeriyən filosof Nizamidir. Şairə böyük Hötenin təqdir etmiş olduğu dərinlik, təmkin, sakitliyini təmin edən onun bu müdrik munisi, öz sözü ilə desək, “əkdəş”idir.N i z a m ə d d i n ləqəbini daşıyan Nizamidə Şərqin bəlkə də heç bir şairinə nəsib olmayan bir fikir nizamı vardır. Bu nizam, başqa ifadəylə desək, bu sistem incəliklərinə varılarsa, ahəngdar bir ideologiya və dünyagörüşü sistemindən ibarətdir. Həmin sistem elə bir sistemdir ki, 800 il bundan əvvəl düşünülmüş olmasına baxmayaraq, yaşadığımız bu böhranlı günlərdə belə aktual deyiləcək qədər təzə və yenidir.

19492 dəq
Unudulmuş Nizami

Bir tərəfdən İslam şərqinin uğradığı ümumi gerilik, o biri tərəfdən isə çarizm istilasının zülm və istismarı nəticəsində öz keçmişini və bu keçmişdəki mədəni nailiyyətlərini unutmuş Azərbaycan Nizamini də yaddan çıxarmışdı.Gəncənin yaxınlığında yıxılıb-tökülmüş bir məzar vardı. Bu məzar uşaq arzulayan qısır qadınların uşaq dilədikləri bir “Şeyx”ə mənsubdur. Bu “kəramətli türbə”nin bütün Şərqin olduğu qədər Azərbaycanın da başını ucaldan böyük bir şairin əbədi yatağı olduğunu bilənlərin sayı azdı.

19492 dəq
Nizamiyə borcumuz

Azərbaycanın bu böyük oğluna can və ürəkdən bağlanmaq, ona aid maddi və mənəvi xatirələri Vətən və milləti birləşdirən bir müqəddəsat kimi mənimsəmək, əsərlərini diqqət və ehtiram ilə öyrənmək, yaratdığı ədəbi tablo və timsalları müasir sənətin texnikası vasitəsi ilə yenidən canlandırmaq, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlığın sirlərini araşdıran hikmət və fəlsəfəsini qavramaq, bir sözlə: öz zamanında anlaşılmadığından şikayət etdiyi “türkcə”sini anlamaq – budur vətənpərvər Azərbaycan ziyalılarının və xalqını sevən bütün türklərin vəzifəsi.Bu vəzifədən üzərimizə düşən hissəsini öz bacarığımız daxilində hazırladığımız və müharibə vaxtının yaratdığı çətinliklər məxəz və qaynaqların hamısını əldə edib nəzərdən keçirə bilmədiyimiz nəticəsində istədiyimiz kamillik və dolğunluğa nail olmayıb bizi qane edə bilməyən bu səhifələrin Nizaminin yubileyinə hədiyyə edilməsindən başlıca məqsəd türk dilli gənc nəsildə Azərbaycanın bu böyük şairinə qarşı bir maraq oyatmaqdan ibarətdir.

19491 dəq

Başqa şairlərin şeirləri