Moskvada iki il
Səhifə 1 / 5
Bakıdan ayrılalı on beŞ gün olurdu. Moskva ətrafına gəlmiŞdik. Harada
yerləŞəcəyimizi düŞünürdük. Yəni bir məchulatla qarŞılaŞırdıq. Stalin münasib bir
yer müəyyənləŞənəcən vaqonda qalmağı münasib hesab etdi. Bu məqsədlə aŞpazı
da vaqonda saxladılar. Bir manevr ilə vaqon əsas yoldan aralanaraq, yan yollardan
birinə verildi. Sonra bizi vaqonla birlikdə təmirxanalardan birinə apardılar. Gecəni
orada keçirdik. Səhər tezdən çəkic zərbələri bizi yuxudan oyatdı. Demə,
vaqonumuz təmir edilirmiŞ. Üç gün bu Şəraitdə yaŞadıq. Dördüncü gün
Berzanovski Davidovu göndərib, bizi öz evinə apardı. Burada, Davidovun da
olduğu mənzildə bizə bir otaq ayrılmıŞdı.
Bu, Stalinsayağı bir iŞ idi; həm hörmət göstərilmiŞ, öz katibinin mənzilində
bizə bir otaq ayrılmıŞ, həm də bütün hərəkətlərimiz daimi bir nəzarət altına alınmıŞ
olurdu. Göz dustağı elə bu qədər olur.
Hərbi kommunizm dövrünün Moskvası
Iqamətgahımız müəyyən olunduqdan sonra zəruri formal iŞlər görülmüŞ,
bizə “Raboçaya knijka” - “IŞçi dəftəri” deyilən bir Şəhadətnamə verilmiŞdi. Bu
dəftər sayəsində biz ümumi yemək yerlərindən birinə qeyd olunur, oradan Şorba ala
bilirdik. Aldığımız bu Şorbanın Bakının “Osobı otdel” deyilən həbsxanasında
aldığımız Şorbadan fərqi yox idi. Onun qədər bir bulanıq suya bənzər və eyni
qoxunu verərdi. Bu bulaŞıq suyu almaq üçün sıraya durur, qapıdan içəri girərkən
bir dəmir boŞqabla bir qaŞıq alır, böyük bir səbir və itaətlə ta böyük qazanın
baŞında duran Şorbaçıya qədər gəlirdik. Itaətlə uzadılan boŞqaba bir çömçə Şorba
tökülüncə, sıradakı yerimizi eyni itaətlə gözləyən bir baŞqasına tərk edərdik. Bu
mərasim günorta vaxtı hər gün təkrar olunurdu. Səhər və axŞam yeməklərini isə
hamı kimi biz də öz imkanlarımızla hazırlamaq məcburiyyətində idik. Bu məqsədlə
bəzən ərzaq mərkəzlərindən alına bilən təyinatdan, bəzən də çox sıx bir təqib
altında olan qara bazardan istifadə edə bilirdik.
Moskvanı ilk dəfə 1917-ci ilin mayında görmüŞdüm. Bu dəfəki isə
Moskvaya ikinci gəliŞim idi. O zaman beŞ-on gün üçün Rusiyada müsəlman-türk
ellərinin ən yaxın tarixində mühüm bir yeri olan Müsəlman qurultayında iŞtirak
üçün gəlmiŞ olduğumdan, bu qurultayın müzakirələrinə dalmıŞ, Şəhəri görmək
fürsəti çox da tapa bilməmiŞdim. Indi isə vaxtımız boldur. Moskvada qalmağı
bizim üçün daha münasib görmüŞdülər.
Ortodoks kilsəsinin sitayiŞinə nail olan əski Moskof çarlarının paytaxtında
indi hər cür din və məbədləri inkar edən kommunist inqilabının liderləri
hökmrandır. iəhərin hər tərəfində ilk gözə çarpan Şey bu liderlərə aid olan
fotoqrafiyalardır. Bunlar arasında Lenin və Trotskinin fotoqrafiyaları birinci sırada
gəlir. Qəzetdəki məqalələr, xalqa xitab edən nitqlər, müxtəlif nəŞriyyatlarda çap
olunan kliŞelər də ilk sırada bu iki liderə aiddir. Bunlardan sonra Zinovyev,
Kamenev, Çiçerin, Radek, Tomski, Lunaçarski, Ioffe, Frunze və sairə kimi
Şəxsiyyətlərin isim və fotoqrafiyalarına rast gəlmək olur. Adı az çəkilən, hələ
fotoqrafiyasına adətən heç yerdə təsadüf olunmayan birisi varsa, o da Stalindir.
Partiyanın baŞ katibi, Rabkin deyilən fəhlə-kəndli müfəttiŞi camaat arasında adətən
tanınmır. Hələ tamamilə təŞəkkül etməmiŞ olan Millətlər Komissarlığından
(Narkomnats) heç kimin xəbəri yoxdur.
Ilk günlərdə hamının kiçik və adi gördüyü bu üç müəssisənin irəlidə bütün
rəqiblərini ortadan qaldırmaq üçün MüdhiŞ Ivanı örnək bir hökmdar deyə idealizə
edən Stalinə diktatorluğunu təsisdə çox yaramıŞ olduğunu hadisələr bizə
göstərmiŞdir.
Ölümündən bir neçə il əvvəl qocaman büstünü Himalay dağlarında bir
qüllənin baŞına qoydurub, oradan idarə etdiyi Yevraziyanın geniŞ sahələrinə
qürurla baxan və istisnasız həyatın hər sahəsində öz damğasını görməkdən zövq
alan Stalin o günlərdə kölgədə qalmağı, Lenindən sonra bütün hakimiyyəti ələ
keçirmək taktikası baxımından anlaŞılan, zəruri iŞ hesab etmiŞdi.
Üzdən də çirkindir
1920-ci ildə Stalinin Moskva mühitində nə kimi bir Şöhrətə malik olduğunu
xarakterizə edən bir təsadüfü burada göstərmək istəyirəm. Moskva küçələrində
gəzərkən əvvəllər tanıdığım bir fəhləyə rast gəldim. Bu hələ 1904-cü ildə Bakıda
tanıŞ olduğum Peterburjest adlı ziyalı bir fəhlə idi. Bakıda bolŞevik fraksiyasına
mənsub bir sosial-demokrat idi. Bakı fəhlələri arasında nüfuzu vardı. Xeyirxah və
fədakarlığı ilə tanınmıŞ bir adamdı. Peterburjest görüŞdüyümüzə çox məmnun
oldu. Bizi dərhal evinə apardı; evli imiŞ; bir çay düzəltdirib, bizi qonaq etdi.
Mənim Bakıda tutulmağım və Pankratovun sədrliyi ilə bir komissiya tərəfindən
istintaq edilməyimin təfsilatını bilirdi. Bunu elə həmin komissiya üzvlərindən
Moskvaya gəlmiŞ olan birisindən öyrənmiŞdi. Həmin adamın anlatdığına görə
mənim günlərim sayılmıŞ imiŞ. Haqqımda Moskvaya verilən raportda edamım
tələb olunurmuŞ. Fəqət oraya “Stalin yoldaŞ gəlincəyə qədər saxlayın”, - deyə
teleqram vurulubmuŞ...
Peterburjets bizə bu surətlə “keçmiŞ olsun” dedikdən sonra “Oktyabr”
inqilabından keçən dövr ərzində yaranmıŞ vəziyyəti təhlil etməyə baŞladı. Özünün
Lenin ilə arabir görüŞdüyünü dedi: “Lenin yoldaŞ, - dedi, - rəsmi hökumət və
partiya müəssisələri xaricində, iŞlərdən Şəxsən məlumat almaq üçün inandığı köhnə
dostlarından bəzilərinə müŞahidə eləmək - izləmək vəzifəsi tapŞırırmıŞ.
Peterburjets də Leninin “göz”lərindən biri imiŞ. O bu “göz”lük vəzifəsini qərəzsiz
surətdə ifa edərək Lenin yoldaŞı daima məlumatla təmin edir; hərbi kommunizm
rejiminin dəyiŞdirilməsinin lüzumunu daima ona deyirmiŞ.
Birisi çıxıb fəhlələrə “inqilabdan əvvəlki vəziyyəti sizə təmin edərik, bir
Şərtlə ki, bir daha tətil etməyin, deyirsə, bunlar bunu özlərinə böyük hörmət hesab
edirlər”, - deyə Leninə xalq arasındakı əhval-ruhiyyəni çatdırırdı. Peterburjets də
ümidsizliyə düŞərək “nə edək?” - soruŞan gənclərə “Plexanova qayıtmalı” deyə
cavab verirmiŞ (Plexanov rus menŞeviklərinin tanınmıŞ lideri idi).
Peterburjets əvvəldən yaxŞı tanıdığı Bakının inqilabdan sonrakı əhvalı ilə
maraqlanırdı. Inqilabın - oranın məiŞətində nə kimi təbəddülat gətirdiyini soruŞur,
ona lazım olan izahatı verirdik. Söhbət dönüb-dolaŞıb yoldaŞ Stalinin üstünə gəldi.
Bizim müsahib:
- O, - dedi, - xoŞniyyətli bir inqilabçı deyildir. Onun üçün baŞlıcası ideya
deyil, sadəcə, hakimiyyətdir. O, idealist sosialistlərdən çox, dəliqanlı terroristlərə
istinad etmək istər. BolŞevik inqilabını cığırından çıxaran bu kimi demaqoqlardır.
Görəcəksiniz, o, fəhlə sinfinin baŞına bəla olacaqdır. Nə cahpərəst, nə intriqan, nə
qorxunc adamdır o, bilməzsiniz. Stalinə görə bombaçı olmayan birisi həqiqi
revolyusioner ola bilməzmiŞ, heç təsadüfi deyil ki, ətrafını bu cür qafqazlılarla
doldurmuŞdur.
Biz Stalinin hər halda baŞqaları kimi çox da Şöhrət sevən bir adam
görünüŞündə olmadığına, xüsusi həyatında təvazökar davrandığına,
fotoqrafiyalarının belə digər komissarlar kimi heç bir yerdə görünmədiyinə iŞarə
edincə, o, əlilə baŞı üzərindən bir jest edərək: - Eh... - dedi. - Ona görə ki, kifirdir.
Bir cüt ayaqqabının verdiyi zövq
Moskvaya payızda gəlmiŞdik. QıŞ üçün yaxŞı da tədarüklü deyildik. Hələ
mənim ayaqlarım demək olar yalın idi. Yayda Azərbaycan dağlarında daŞıdığım
“çust” deyilən incə bir ayaqqabı daŞıyırdım. Günlər keçir, havalar soyuyurdu.
Moskvanın sərt qıŞ günləri yaxınlaŞırdı. “Hərbi kommunizmin” Şiddətli günlərində
ayağa bir ayaqqabı tapmaq imkansızdı. Bir ayaqqabı üçün müraciət, xahiŞ etmək
isə heç ağlıma belə gəlməzdi. Bu kimi əskikliyə dözəcək, düŞdüyümüz Şəraitdə
görülməsi mümkün olacaq iŞlərlə məŞğul olacaqdıq.
“Rumyansev muzeyi” deyilən Moskvanın əski mədəni müəssisəsi
yaŞadığımız evin yerləŞdiyi məhəllədə idi. Burada müəzzəm bir kitabxana vardı.
Oraya getməyə qərar verdim. Azərbaycan tarixi və müxtəlif mövzular üzərində
araŞdırmalar aparırdım. Yarıac, yarıçılpaq bir vəziyyətdə hər Şeyi unutmuŞ,
kitablara dalmıŞdım.
QıŞ qar təpələri və dondurucu havası ilə bərabər gəldi. Yay çustu ilə günü-
gündən kitabxanaya getmək çətinləŞirdi. Bu çətinliyi əvvəl yanımda olan qalın yun
corabı geyməklə qarŞıladım; sonra madam Berzanovskinin borc kimi verdiyi
keçədən “valenka” dedikləri çəkmə iŞimə yaradı. Fəqət havalar bir az ilıqlaŞıb,
qarlar əriməyə baŞlayınca valenka artıq geyilməz oldu. O zaman təkrar
Azərbaycandan gətirdiyim çust ilə qalın yun coraba qayıtdım. Fəqət hər gün
tədqiqat iŞindən dönüncə bu corabı gözəlcə sıxıb, ocaq baŞında qurutmaq lazım
gəlirdi.
Nəyin bahasına olursa-olsun bir ayaqqabı tədarük etmək artıq zəruri
olmuŞdu. Üstümüzdə qalmıŞ bir qızıl pul var idi. Bununla bəlkə də bir cüt ayaqqabı
almaq mümkün idi. Fəqət ayaqqabı haradadır, yoxdur ki alasan. Bu arada amerikalı
fəhlələrdən bir hissəsinin Rusiyadakı fəhlələrə dağıtmaq üçün bir gəmi ayaqqabı
gəldiyi xəbəri nəŞr edildi. Bir neçə gün sonra bu ayaqqabıların “suxarovka” deyilən
bazarda satlığa çıxarılacağını öyrəndik. Bunlardan bir cütünü satın almaq ümidi ilə
Məhəmməd Əli ilə birlikdə bazara getdik, üstümüzdəki qızıl istənilən qiymətin
əsasını təŞkil etmək üzrə idi, fəqət kifayət deyildi. Əsl dəyər təŞkil edən Şeyləri də
buna əlavə etməli idik; bu dəyərli əŞyadan bir neçə iynə, bir az tikiŞ sapı və bir
qədər də duz vermək lazımmıŞ, bu “əmtəələr” o dövrün qızıldan da qiymətli
valyuta malları idi. Şükür olsun ki, bu “valyuta” mallarından bir qədər var idi;
verdik, nəhayət, ayaqqabıları aldıq. Böyük bir sevinc içində evə dönürdük. Mən
öndə, Məhəmməd Əli arxada addımlayırdıq. Məhəmməd Əlinin səsini eŞitdim:
Kitabxana.az · https://kitabxana.az/works/resulzade-stalinle-ixtilal-xatireleri-moskvada-iki-il
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər kəs üçün birər inci işlədim,Özümə də bir qəsidə söylədim.
Nizaminin dünya ədəbiyyatındakı mövqeyiSöz meydanı indi bu gün mənimdir,Mənimkindən yüksək şer kimindir?!
"Pənc gənc" və yaxud "Xəmsə"Hazırladım mən əvvəlcə “Məxzəni”,Tutmadı zəiflik bu işdə məni.
Məxzən-ül-ƏsrarBismillah ər-Rəhman ər-RəhimHəst kəlid-e dər-e gənc-e həkim