Moskvada iki il
Səhifə 3 / 5 · 40%
Şərq millətləri kommunist universiteti professorluğu
Braydonun təklifindən bir ay sonra Pereçistinski bulvardakı mənzilimizə üç
gəncdən ibarət bir heyət gəlir. Bu, Moskvada yeni təsis olunan “şərq millətləri
kommunist universiteti” tələbələri adından göndərilmiŞ xüsusi bir heyətdir. Bu
universitet ġərq məmləkətlərində kommunizmi yaymaq üçün propaqandistlər
yetiŞdirmək məqsədilə yaradılmıŞdır. Heyətin üç üzvündən biri bakılı, biri gəncəli,
biri təbrizli idi. Demək, “bütün Azərbaycan” bizimlə görüŞməyə gəlmiŞdi. Gənc
yurddaŞlarımı əhəmiyyət və diqqətlə dinlədim. Onlardan biri nə üçün gəldiklərini
dedi.
- Universitetimizdə “şərq ellərində inqilab hərəkatları” kafedrası boŞdur, -
dedi. - Buraya təyin edilmək üçün səlahiyyət sahibi bir professor axtarırlar. Bir
düŞündük-daŞındıq, bu kafedraya Sizdən daha səlahiyyətli bir professor tapılmaz
qənaətinə gəldik. YoldaŞlar bir səslə qərar verdilər və bizi Sizin yanınıza
göndərdilər. Bu müəllimliyi qəbul etmək lütfünü bizdən əsirgəməmənizi rica
edirik. - UŞaqlar, gəldiyinizə çox məmnun oldum. Azərbaycanın üç mühüm
mərkəzini təmsil edən heyətinizə müsbət cavab verə bilməyəcəyimə həqiqətən
təəssüf etdiyimə sizi inandırıram. - Cavabınız niyə müsbət olmasın?
- Olmaz, uŞaqlar, inciməyin, amma olmaz!
- Niyə olmaz?
- Olmaz, çünki müəllim ilə tələbə arasında hər Şeydən əvvəl bir səmimiyyət
olması Şərtdir. Mənim söyləyəcəklərimi siz daima qeyd-Şərtlə qəbul edəcək, bu
müsavatçı əcəba, hadisələri doğrumu izah edir? - deyə düŞünəcəksiniz. Mən də
daima mənim söylədiklərimi bu kommunistlər əcəba, tam bir etimadla
dinləyirlərmi? - deyə düŞünəcəyəm. Nə məndən sizə yaxŞı bir müəllim, nə də
sizdən mənə yaxŞı bir tələbə olmaz!
Əfqanıstan səfarətini istiqbal
Qapım döyülür, “gəlin” - deyirəm. Içəri tanımadığım birisi girir.
- Mən, - deyir, - Xarici IŞlər Komissarlığının məmurlarındanam. Stalin
yoldaŞın tövsiyəsi ilə Çiçerin yoldaŞ məni Sizin yanınıza göndərdi. - Nə olub, xeyir ola?!
- Əfqanıstan bir səfarət gəlir. Onları qarŞılamaq üçün onlara sovet hükuməti
adından farsca xitab etmək lazımdır. Fars dilində isə Moskvada Sizdən yaxŞı bilən
yoxmuŞ. YoldaŞ Stalin bu iŞ üçün yoldaŞ Çiçerinə Sizi tövsiyə etmiŞdir. Bu iŞi
lütfən öhdənizə götürün. - Təəssüflər olsun, edə bilmirəm.
Sovet xariciyyə məmuru gözləmədiyi bu cavab qarŞısında özünü itirdi.
Çiçerin və Stalinin ricalarından ibarət olan bir təklifi iərq Dilləri Institutunun bir
müəllimi hansı cəsarətlə rədd edir, - deyə düŞündüyünü ifadə edən bir heyrətlə: - Niyə?! - deyir.
Bu “niyə”nin cavabını səmimi olaraq vermək Bakıda “Osobı otdel”dəki
müstəntiqə cavab verməkdən daha müŞküldür. Ona tərcümeyi-halımı və siyasi
vəziyyətimi açıb söyləyəcək deyildim ki... - Edə bilmərəm, heç edə bilmərəm, - deyib dururdum. Məmur əl çəkmir,
mütləq rəddin səbəbini öyrənmək istəyir. - Adi bir mütərcim vəziyyətinə düŞmək istəmirəm, - deyirəm; baŞa düŞmür.
- iərqdən gələn müsafirləri Sovet hökuməti adından qarŞılamaq bir Şərəfdir.
Bu fürsətdən niyə istifadə etmək istəmirsiniz? - deyə israr edir. - Adi bir mütərcim olmaqda nə Şərəf varmıŞ, - deyirəm. - Mən Xarici IŞlər
Komissarlığının əfqan heyəti Şərəfinə tərtib etdiyi bir ziyafət və ya qəbula rəsmən
dəvət olunan müsafirlər arasında olsam və burada yoldaŞ Çiçerin mənə müsafirlərlə
müzakirələrdə lütfən tərcümanlıq vəzifəsini qəbul etməyim üçün müraciət edərsə, o
zaman baŞqa, bu bir Şərəf iŞi sayıla bilərdi. BaŞqa cür bu iŞ olmaz. Məmur: - YaxŞı, eŞitdiklərimi ərz etmək üçün gedim, sonrasını fikirləŞərik, - dedi
getdi.
Bir neçə gün sonra Institutdayam. Sizi axtarırlar, dedilər. Baxdım bizim
xarici iŞlər məmuru. - Qapıda Sizi avtomobiliniz gözləyir. Çiçerin yoldaŞ Sizi əfqan elçilərinin
gəlməsi münasibəti ilə təŞkil ediləcək təntənəyə dəvət edir. Indi isə heyət üzvləri
ilə öncədən tanıŞ olmaq məqsədi ilə dəvət olunmuŞ Şəxslərdən bir qismi ilə bərabər
stansiyaya getməliyik.
O anda məni bir narahatlıq bürüdü, “dilimin bəlasınamı düŞdüm?” - deyə
içim sıxıldı. Fəqət bu anda maŞına minməkdən baŞqa bir yol yox idi.
Tanıdığım məmurdan baŞqa maŞında iki məmur da var idi. Bunlar mənə
uzun-uzadı əfqanlara aid istiqbal proqramını baŞa salır, bu proqrama görə təŞkil
olunacaq qəbul təntənələrinə digər Sovet xadimləri ilə bir səviyyədə tutulacaq
müsafir sifətilə iŞtirak edəcəyimi və yoldaŞ Çiçerinin də məndən mütərcimlik xahiŞ
edəcəyini deyib dururdular.
Bütün bunları tam bir sükutla qarŞılayan məni narahat edən əsl Şey
düŞdüyüm bu tələdən necə sıyrılıb çıxacağım düŞüncəsi idi.
MaŞın dayandı. Stansiyaya gəlmiŞdik. Perronda bir az duracaq,
müsafirləri gözləyəcəkdik. Mərasimə məsul olan adam mənə yanaŞdı,
səfarət heyətini istiqbal üçün istifadə olunacaq sözləri eynilə tərcümə
etməmi xahiŞ etdi. Mən əvvəlcə tanıŞ olduğum məmura: - iərtimiz bu deyildi, - dedim.
O, yenidən heyrətlə: - Niyə belə edirsiniz? - deyə vəziyyəti heç cür baŞa düŞmür.
Nəhayət, səbrim tükəndi, ona: - Çətin də olsa, yoldaŞ Çiçerinin bir qəzaya uğrayaraq mühacir və ya
sürgünə göndərilmiŞ bir adam vəziyyətinə düŞdüyünü fərz edək. Bu
vəziyyətdə o, adi bir mütərcimlik vəzifəsini özünə rəva görərdimi? -
deyirəm.
Məmur lap özünü itirir: - Bu nə sözdür? - deyir və dərhal enerjili bir jestlə perronun ta o
baŞında duran digər yoldaŞları ilə danıŞmaq üçün addımlayır, bu əsnada
içimdən bir səs: - Nə durursan!.. - deyir.
Tez perrondan çıxıb, hərəkət etməkdə olan tramvaya minirəm. Məni
təhdid edən “Şərəf”dən bu surətlə azad oluram.
Səfarəti gətirən qatarın bir saata qədər gecikməsi məmurları müŞkül
vəziyyətdən qurtarır. Institutdakı dosentlərdən birinin cəlb edilməsi ilə
istiqbal mərasimi birtəhər baŞ tutur. Bunu öyrənincə mənim də narahatlığım
bir az azalır.
Ertəsi gün Institutdakı dostlar məni tələdən qaçıb qurtarmağım
münasibəti ilə təbrik edirlər.
Müsəlman qəhətzədələrinə yardım cəmiyyəti
1921-ci ildə Idil (Volqa) çayı çevrəsində qorxunc bir qəhətlik və
aclıq olmuŞdu. Buralarda öz əzizlərini yeyən insanların olması danıŞılırdı.
Deyirdilər ki, qida maddəsi olan torpağı bölüŞdürə bilməmək üzündən
kəndlilər silahlanaraq bir-birinin üstünə hücum çəkmiŞlər... Aclığın
doğurduğu səfalət haqqında bu cür tükürpədici təfsilat ağızdan-ağıza
təkrarlanıb gedirdi. Inqilabi hadisələr və vətəndaŞ müharibəsinin bir
nəticəsi olaraq yaranmıŞ bu səfalət üzündən iyirmi milyona yaxın adam
ölüb getmiŞdi.
Qəhətzədələrə yardım məqsədi ilə Moskvada yaŞayan bəzi ictimai xadimlər
tərəfindən “Qəhətzədələrə ümumi yardım cəmiyyəti” adı ilə xüsusi bir təŞkilat təsis
edilmiŞdi. Bu cəmiyyət cürbəcür vasitələrlə ianələr toplayır və aclıq çəkən
rayonlara xüsusi dəstələr göndərərək yardım edirdilər.
Moskvada yaŞayan tatar (müsəlman) ziyalılarından bir qrupu
qəhətzədələrdən çoxunun türk və müsəlman əhalidən ibarət olduğunu nəzərə
alaraq, “Qəhətzədələrə yardım cəmiyyəti” adı ilə bir komitə təŞkili üçün rəsmi
məqamlara müraciət etmiŞdilər. Bu məqsədlə yazılmıŞ müraciətlərini Leninin
katibi cəsarətverici bir mehribanlıqla qarŞılamıŞ, fəqət bu kimi məsələlərdə söz
sahibi olan yoldaŞ Stalinlə də bir kərə danıŞmaq lazım gəldiyini bildirmiŞdir. Stalin
isə o zaman Moskvada deyilmiŞ, yaxında qayıdacaqmıŞ, onda bu məsələ üçün
onunla görüŞmək gərək imiŞ.
Qeyd olunan bu münasibətdən həvəslənən Moskvadakı müsəlman ziyalıları
indi görəcəkləri iŞlərin planını çəkir; Müsəlman Komitəsi adından bütün islam
dünyasına bəyannamələr yayaraq müsəlman qəhətzədələrinə yardım üçün
müsəlman Şəfqəti naminə din qardaŞlarının riqqəti təhrik olunacaq və nəticədə
Hindistan, Misir, Türkiyə, Iran, Əfqanıstan və sairə kimi məmləkətlərdən, Şübhəsiz
ki, böyük miqdarda ianələr gələcək, zavallı millətdaŞlarımızın bu surətlə olsun
ələm və iztirabları bir az da olsun azalacaqmıŞ.
Moskva müsəlman ziyalıları niyyətlərini mənə açdılar, mənim də bu
təŞəbbüsə qoŞulmamı istədilər. Hətta yaxında Moskvaya qayıdacaq Stalinə
müsəlman ziyalıları adından göndəriləcək heyətə mənim də daxil olmamı arzu
etdilər. Onlara xam xəyallara qapıldıqlarını dedim. DüŞünülən bu təŞkilata Sovet
hökumətinin hər Şeydən əvvəl prinsip baxımından icazə verməyəcəyini, praktik
məqsədlər üçün olsa belə insanlara din və millət fərqini əsas tutaraq yardım təŞkil
etməyin kommunist internasionalizmi anlayıŞı ilə uyğun gəlmədiyini xatırlatdım.
Onlar mənim nəzəriyyəçilik etdiyimi, məsələnin isə felən həll edilmiŞ
olduğunu, iŞin indi yalnız Stalinlə bir dəfə görüŞməyə qaldığını, bunun sadəcə, bir
formal məsələ olduğunu irəli sürdülər və mütləq mənim də Stalinin yanına gedəcək
heyətin tərkibinə daxil olmamı israrla tələb etdilər (Stalinlə olan münasibətimi
mübaliğəli surətdə təsəvvür edən bunlar mənim bu heyətə girməmə xüsusi
əhəmiyyət verirdilər). Mən bu təŞəbbüsün müsbət bir nəticəyə varacağına inanmır,
inanmadığım və öncədən nəticəsiz qalmağa məhkum olduğuna Şübhə etmədiyim
bir təŞəbbüsdə faktiki iŞtirakda da bir məna görmürəm, dedim. Siz madam ki, bu
təŞəbbüsə giriŞmisiniz, iŞi axıra çatdırın, mənim bədbinliyim özünü doğrultmasa, iŞ
müsbət bir nəticəyə vararsa, onda mən sizə söz verirəm, əlimdən gəldiyi qədər bu
iŞə yardım edəcəyəm, - deyə təminat verdim. Heyət getdi. Stalinlə görüŞdü gəldi. -
Necə oldu? - dedim.
-Necə olacaq, əla! Stalin bizi gözəlcə qəbul etdi. Sizin bədbinliyinizə
qətiyyən əsas yoxdur. Projelərimizi (lahiyələrimizi) çox faydalı və müsbət
qiymətləndirdi!
Kitabxana.az · https://kitabxana.az/works/resulzade-stalinle-ixtilal-xatireleri-moskvada-iki-il
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər kəs üçün birər inci işlədim,Özümə də bir qəsidə söylədim.
Nizaminin dünya ədəbiyyatındakı mövqeyiSöz meydanı indi bu gün mənimdir,Mənimkindən yüksək şer kimindir?!
"Pənc gənc" və yaxud "Xəmsə"Hazırladım mən əvvəlcə “Məxzəni”,Tutmadı zəiflik bu işdə məni.
Məxzən-ül-ƏsrarBismillah ər-Rəhman ər-RəhimHəst kəlid-e dər-e gənc-e həkim