Səhifə 4 / 5 · 60%

  • Ey?...
  • Yalnız bir dəfə də müsəlman kommunistlərdən soruŞaq, - dedi.
  • Müsəlman kommunistlər bu iŞin mümkün olmayacağını deyəcəklər, təbii,
  • dedim.
    Elə də oldu. Qəti cavabı almaq üçün gedən heyətə Stalin “böyük bir
    təəssüflə”:
  • Müsəlman kommunistləri bu iŞin əleyhinədirlər, - demiŞdi.

Azərbaycanı Azərbaycana bitişdirməlimi

Məhəmməd Əli küçədə Bakıdan yeni gələn Orconikidzeyə rast gəlmiŞ,
Orconikidze Stalinin bizi görmək istədiyini və gəlsək Kremldə bizi qəbul edəcəyini
demiŞdi.
Orconikidze qafqazlı bolŞeviklərin qocamanlarındadır. Stalinin əski
mübarizə yoldaŞı idi. Qafqazın sovetləŞdirilməsində mühüm bir rol oynamıŞdı.
Bəhs etdiyimizi dövrdə də böyük komissarlıqlardan birini tutmuŞdu. Stalinin ən
yaxın, sevdiyi və təqdir etdiyi Şəxslərdən idi. Məhəmməd Əli ilə çarlığaqarŞı
bərabər aparılan mübarizə dövründə tanıŞ olmuŞdular. Çar polisinin təqibinə qarŞı
Məhəmməd Əli onu müəyyən bir vaxt saxlamıŞdı. Bir-biri ilə sənlə danıŞırdılar.
Dəvəti qəbul etdik. Təsbit olunan gün günorta vaxtı Kremlin bayır qapısındayıq.
Məqsədimizi dedik. Gözətçi bizi baŞdan-ayağa süzdü. Içəri zəng etməyə çox da
cəsarət etmir, tərəddüd edirdi. Kim bilir nə düŞünmüŞdü. Bu əsnada onu ta
Istanbuldan tanıdığım Kamo peyda olur.
Kamonu 1911-ci ildə Istanbulda çarizmdən qaçan bir mühacir həyatı
yaŞayarkən görmüŞdüm. Bir gün Parisdən gəlmiŞ, Iran məŞrutə inqilabçılarından
birinin tövsiyənaməsini gətirmiŞdi. Yanında vaxtilə Stalinin Tiflisdə, Erivan
meydanında qarət etdiyi dövlət pullarından 100 manatlıq bir əskinas vardı. Bu
əskinası xırdalamaq istəyirdi. Ona Sirkəçidəki sərraflara dəyməyi məsləhət
gördüm. Getdi pulu xırdalaya bildi. Niyyəti bir-iki gün Istanbulda qalmaq, sonra
isə bir yol tapıb Qafqaza keçmək idi. Orada Türkiyə sərhədinə yaxın bir yerdə yurd
salacaq, çarizm əleyhinə bir neçə terror aktı həyata keçirəcəkdi.
Ertəsi gün qəzetlərdə bolqariyalı bir komitəçinin yaxalandığını oxudum.
Qəzetlərdəki təsvirdən yaxalanan “bolqar”ın bizim Kamo olacağını təxmin etdim.
Dərhal Ittihad və Tərəqqi mərkəzində tanıdığım yurddaŞım prof. Əli bəy
Hüseynzadənin yanına getdim. Məsələni danıŞdım. Yaxalanan adamın bolqar
çetəçiliyi ilə əlaqəsi yoxdur, bu, Rusiya çarizmindən gizlənən, qaçan bir təŞkilata
mənsubdur, - dedim. IŞə müdaxilə etməsini xahiŞ etdim.
Iki gün sonra bizim Kamo gəldi. Onu gündüz həbsxanaya salmıŞ, gecələri
hotelə gətirirlərmiŞ, yaxŞı da rəftar edirlərmiŞ. Rus konsulxanası da onu daim tələb
edib dururmuŞ. Bu tələbi rədd etmiŞ və nəhayət, azad edərək, həmin anda
Istanbuldan getməsini tələb etmiŞlər. o indi məmnun olub, təŞəkkür edir və yalnız
bircə dərdinin olduğunu deyirdi:

  • Nə olar, bir təŞəbbüs də edin, bombalarımı da geri versinlər.
  • Bu artıq ağ olar, bombanı birtəhər taparsan, indilik hökumətin vəziyyətini
    pisləŞdirməmək üçün tezcə buradan çıx get, - dedim.
    Indi bu Kamo Kremlin qapısında bizə bələdçilik edir.
    Kamo dərhal telefonu götürdü. Içəri girmək icazəsini alaraq, bizi ta Stalinin
    aparatmanına qədər müŞayiət etdi.
    Stalin bizi yemək otağında qəbul etdi. Orconikidze də orada hazırdı.
    Masada çoxdan görmədiyimiz və heç bir tərəfdə tapılmayan ağ çörək, nəfis
    Gürcüstan Şərabı, qara Azərbaycanın kürüsü və sairə vardı.
    Həm yeyir, həm də danıŞırdı. Söhbətin təŞəbbüsü Stalinin əlində idi. Bir
    vaxt bizə xitabla:
  • Azərbaycanda bir az hökumət etdiniz. Fəqət çox dərin bir iziniz qalmıŞdır.
    Bu izlə hələ də mübarizədəyik. Təmsil etdiyiniz ideyanın təsirlərini tamamilə
    aradan qaldırmaq üçün daha uzun zaman və daha çox iŞləmək lazımdır. Xüsusilə
    ziyalılar millətçilik ruhu ilə aŞılanmıŞdır, - dedi və sonra üzünü Şəxsən mənə
    çevirərək:
  • Sizcə, bu millətçilik təsirinin əsas amili nədir? Deyə soruŞdu.
  • Millətçilik deyilən baŞqa bir insan birliyinin öz varlığını müdafiədən baŞqa
    bir Şey deyildir. Fərdlərlə müdafieyi-nəfs təbii və qanuni olduğu kimi milli
    kollektivin öz özəlliklərini müdafiəsi də təbii bir hadisədir, - dedim.
  • Yox, - dedi, - məsələ daha çox bəsitdir. Millətçilik deyilən hadisə yerli
    ziyalıların öz mənfəərlərini qısqanmaqdan baŞqa bir Şey deyildir, - dedi.
    Bu əsnada otağın birindən o birinə telefon baŞına keçən Kalinin (ozamankı
    Sovet Ittifaqı prezidenti) peyda oldu.ə Stalin dərhal ona:
  • YoldaŞ Kalinin, Azərbaycanı Azərbaycana birləŞdirmək istəmirsiniz?! –
    deyə xitab etdi. O isə dayanmadan əli ilə sərt bir jest edərək:
  • Yox, yox, istəmirəm, - dedi.
    Bu dialoq hər halda o vaxtlar Qafqaz Azərbaycanı kimi Iran Azərbaycanının
    da sovetləŞdirilməsi planlarından bəhslə ortada dolaŞan söyləntilərin çox da
    səbəbsiz olmadığına bir dəlildi. Bu, dialoq məsələsinin hər necəsə Sovet yuxarı
    dairələrində müzakirə edilmiŞ olduğunu göstərirdi.

Əcaib insandır Rəsulzadə

Yemək bitdikdən sonra çay içən vaxt bir küncə oturduq. Stalin mənə:

  • Braydonun təklifini qəbul etməmisiniz. iərqi tədqiq cəmiyyətinə niyə
    getmək istəmədiniz? - dedi.
  • O, elmi deyil, siyasi bir cəmiyyətdir. Üzvlərinin kommunist çoxluğuna
    sahib olması Şərtdir, - dedim.
  • Əsla, - dedi, - o maddə Sizin deyil, mürtəce rus professorlarının əleyhinə
    yönəlmiŞ bir maddədir.
    Birinci çay stəkanını boŞaldıb, ikincisinə keçdiyimiz zaman Stalin daha bir
    təklif etdi: Kamenevin idarəsində Rusiya inqilab hərəkatını tədqiq edən bir
    cəmiyyət vardır. Tədqiqlərini nəŞr etmək üçün bu cəmiyyət bir jurnal da çıxarır.
    Siz bu jurnalın redaksiyasına girsəniz, Şəxsən Sizin üçün də yaxŞı olar.
    Sovetlərdəki türk elləri bölməsini öhdənizə götürər, redaksiya adından müxtəlif
    yerlərə tədqiqat səfərlərinə çıxarsınız. Bu surətlə dolayısilə müsavatçı fikirlərinizi
    yayar və yerlərdə özəklər də təsis edərsiniz, - dedi. Üzünə mənalı-mənalı baxdım,
    içimdən Azərbaycan xalq Şivəsilə aldada bilməzsən mənasına gələn “Keçəl suya
    getməz!” təbirini təkrarlayaraq Stalinə “yeni iltifatı” üçün təŞəkkürlə dedim ki:
  • Mən özünə sadiq bir adamam. Nə özümü, nə də baŞqalarını aldatmaq
    istəyirəm. Zahirdə məsləki, xasiyyəti müəyyən olan bir redaksiyaya daxil olub,
    batində baŞqa bir məqsəd güdmək əlimizdən gəlməz.
    Stalin bu cavabdan sonra Orconikidzeyə döndü:
  • Əcaib insandır bu Rəsulzadə. Idealizm ona mane olur. Aciz-aciz oturub
    durur. Heç bir arzu, heç bir ehtiyac ərz etmir, - dedi.

Sensasiyalı hadisə

Kremldən ayrıldığımız zaman Stalinin otağının yerləŞdiyi koridordan
çıxarkən tatar kommunistlərindən Sultan Qaliyevə rast gəldik. Sonradan milli
təmayülçü suçu ilə töhmətləndirilərək edama məhkum olan Sultan Qaliyevi lap
Bakıdan tanıyırdım. Moskvada onunla bir neçə dəfə görüŞmüŞdüm. Özünəməxsus
orijinal bəzi fikirləri vardı. Bizi görər-görməz:

  • Siz burada nə gəzirsiniz, - dedi.
    Ona ayaqüstü izahat verəcək deyildik, təbii ki.
  • Sizə bir təklifmi etdilər? – deyə maraqlanırdı...
  • Yox canım. Sizdə bir söz var deyəsən, gələrsiniz, söhbət edərik, - dedim.
    Ayrıldıq.
    Ertəsi gün Sultan Qaliyev gəldi. Partiya dairələrində sensasional bir xəbər
    yayılıbmıŞ. Sultan Qaliyev maraqlanıb soruŞur:
  • Bu doğrudurmu ki, dr. Nərimanovu (o vaxt Azərbaycan Sosialist Sovet
    Respublikası Komissarları ġurasının sədri) götürüb, yerinə Sizi (yəni məni)
    gətirəcəklər...
  • Yox canım, bunu hardan çıxartdınız?...
  • Kreml dairələrində belə danıŞırlar.
  • Siz ağlınızı itirdinizmi? Bu Şayiələrə necə olur qulaq asırsınız?... Dr.
    Nərimanın yerinə bir müsavatçı olan Rəsulzadənin gətiriləcəyi necə bəhs mövzusu
    ola bilər?
    Bu Şayiələrin, həqiqətən əgər varsa, müəyyən bir məqsədlə xüsusi
    uydurulub yayıldığını, Sultan Qaliyevin tez inanan adam olduğuna eyhamla izah
    edirəm. Fəqət içimdən bu sensasiyalı hadisə ilə bir gün əvvəl Stalinlə Kalininin
    arasında iki Azərbaycanın birləŞdirilməsi mövzusundakı “zarafat” arasında hər
    halda bir münasibət aramağın əbəs olmadığı fikri də ağlıma gəlməmiŞ deyildir.

Bir məqalənin macərası

Əlifba məsələsinin Azərbaycanda mübahisələrə səbəb olduğu günlər idi.
Ərəb hərfləri tamamilə götürülüb, yerinə latın hərflərimi qoyulsun, yoxsa ərəb
hərflərinə səsli hərflər əlavə edilmək surətilə vı əlifbanın sadəcə, islahı iləmi
kifayətlənilsin, deyə cəmiyyət iki zümrəyə ayrılmıŞ, hər iki tərəf öz tezisini
müdafiə edirdi. O zaman Azərbaycanda maarif komissarı olan DadaŞ Bünyadzadə
ərəb əlifbasının islahı tezisini müdafiə edirdi. Bu tezis ozamankı Şərtlər və
mülahizələrlə Azərbaycan vətənpərvərləri və türkçüləri tərəfindən də müdafiə
olunurdu. DadaŞ Bünyadzadə Moskvaya gəliŞində məni ziyarət etmiŞ, əlifba
məsələsindəki görüŞümü bir layihə halında yazmamı xahiŞ etmiŞ və bu lahiyənin
Azərbaycanda müdafiəsini Şəxsən üzərimə götürəcəyini vəd etmiŞdi. Mən məsələ
haqqındakı görüŞlərimi bir məqalə Şəklində Moskvada Millətlər Komissarlığı
tərəfindən nəŞr olunan “Jizni nasionalnostey” qəzetində nəŞr etdirdim.
BolŞeviklərin ərəb hərflərini latın hərfləri ilə əvəz etdirmək xüsusunda gizli
və əsl fikirlərini bildiyimizdən (ki bu fikir sonradan həyata keçirilmiŞ, ərəb hərfləri
öncə latın hərflərinə, sonra da rus hərflərinə təbəddül edilmiŞdir) bu məqalədə türk
elləri arasındakı mədəni əlaqələri tamamilə kəsdirməmək üçün yazılanı daha asan
oxutdura bilmək məqsədini təmin edən inqilabçılara haqqı verirdim. Məqaləni
eynən nəŞr edən bu qəzet sonunda özündən bir-iki cümlə əlavə etmiŞ və bu əlavə
cümlələrdə “əlifbanı” islah xüsusundakı fikirlərimizin kommunizmi
müvəffəqiyyətlə yaymaq niyyətindən irəli “gəldiyi” də göstərilmiŞdir.
Məqalənin Azərbaycandakı oxucuları, təbii, bu fikrin mənə aid olmadığını
yaxŞıca anlamıŞlarsa da bu taktikanın nəyi gözə aldığı da Şübhəsiz ki, sezmiŞdilər.
bu münasibətlə qəzet idarəsi qarŞısında verdiyim bütün protestlər nəticəsiz qalmıŞ,
göndərdiyim məktub da heç cür nəŞr edilməmiŞdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri