Qalx ayağa, təpəl kəlim,Sahibinə tut əl, kəlim!Xışlayım, həm səpim dəni,Qoyma bu yerdə gəl məni.Qarşıda qış, ayaz, soyuq –Bir yığın həm çoluq-çocuq.Onların əkmək ağacıSənsən, a başımın tacı!Qalx ayağa, aman, aman,Sənsiz olar işim yaman.Kim tutacaq bu yerdə əl?Qoyma yarımçıq işi, gəl.Puç oldu eyvah, əməyim,Qırıldı, düşdü biləyim.Sən idin yalnız köməyim,Yıxıldı, sındı dirəyim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri