İndiyədək belə gecə yürüşü görməmişdim. Çox rahat gəldik. Bir az yemək yeyib dincələndən sonra “dozor” nəfəri kimi önə çıxdım. Hər tərəf zil qaranlıq idi. Çox da uzağa getməyib gecənin dərinliklərində səs-səmir axtardım. Təxminən, beş yüz addımlığımda it hürdü.

Səhər açılan kimi komandir məni və Əsgər Hüseynovu yanına çağırdı. Hamı kimi, Əsgər Hüseynovun da ləqəbi vardı: Maral. Onun yerişi-duruşu, baxışı marala bənzəyirdi. Qeydi-adi eşitmə qabiliyyəti vardı. Komandir deyirdi, bunun başının üstündə görünməyən antenalar var; bu maralın buynuzları məftildəndir! Gülürdük.

“Meşədən şıqqıltı gəlir”, “Dağın o üzündə traktor gedir”, “Postun ətrafında hənirti var” - bunlar Əsgər Hüseynovdan mütəmadi eşitdiyimiz sözlərdir. Hamısı da doğru çıxırdı. Ən vacibi, musiqiyə, quş nəğməsinə, dəniz uğultusuna yox, müharibəyə həssaslıq göstərirdi. Hərbi texnikanı, silahları və partlayan mərmiləri səsindən tanıyırdı.

“Maşın səsi gəlir” - Hüseynov idi.

Komandir durbini qaldırıb səs gələn tərəfə baxdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, 37. Sevinc

Zarafat etməyinə edirdim, amma üzü dönəndə, nəfəs çəkməyə qorxurdum. Qorxmaqdan çox çəkinirdim. Sifətində bir ifadə vardı, o, peyda oldusa, üzünü görmə. Hər dəfə o əhvalda evə gələndə Aqşin pıçıldayırdı: “Kazarma rejimi başladı!”Nihad özünü şirin satırdı. Onu lap çox istəyirdi. Baxırdı, deyirdi, Sevinc, balaca mənə oxşayıb, rahat uşaqdı, amma bu böyük var ha, səni incidəcək. Bəlkə də incidir, demirsən.

20181 dəq
Dördüncü hissə, 38. Komandir

İyirmi il sonra ilk dəfə səhər işə, axşam evə gəlmək səadəti mənə nəsib olmuşdu. Həyatımın qaydaya düşməsinə sevinirdim. Ən çox da ailəmə görə. Amma uzun çəkmədi.

20181 dəq
Dördüncü hissə, 39. Xanı

Dörd sapyorumuzun gecə saatlarında Sarıcalının üstündə erməni pusqusuna düşüb həlak olması xəbərini səhəri gün eşitdim. Gecə həyəcan siqnalı verib bizi qaldırdılar, təmas xətti ilə üzbəüz döyüş mövqeyi seçib hardasa dörd-beş saat uzanılı qaldıq. Səs-səmir yox idi. Səhərə yaxın bölüyə qayıdanda gecə dörd şəhid verdiyimizi söylədilər. İlk ağlıma gələn komandir oldu. Onun öz övladlarını itirən qədər sarsılacağını bilirdim.Əsgərləri övladlarından çox istəyirdi. Buna əmin idim. Bayramlarda bir həftə məzuniyyət götürür, üç gün keçməmiş geri qayıdırdı. Deyirdim, komandir, niyə belə tez gəldiniz? Deyirdi, uşaqları səngərdə qoyub evdə dincələ bilmirəm. Onun istirahət yeri səngərlər idi. Hərbi səhra paltarını heç vaxt əynindən çıxarmırdı.

20182 dəq
Dördüncü hissə, 40. Komandir

Aləm idi Xanı! Hərdən elə şeylər danışırdı, deyirdim, bir gün səni tutacaqlar. Silah-sursatdan və hərbi qaydalardan başı çıxmayan əsgərləri, zabitləri ələ salırdı. İllah da qorxaqları. Özü qorxu nədir, bilməzdi. Günün hansı vaxtı təmas xəttini keçməyə qaldırsan, silahını götürüb qaçırdı. Elə bil, mal nobatına gedirdi. O, uzun müddət Mayor Poladovun kəşfiyyat bölüyündə xidmət etmiş, hərbi xidmət müddəti başa çatanda evə getməmişdi. Komandirinin xahişi ilə Xanıya gizir rütbəsi verib hərbi hissədə saxlamışdılar.Boynundan ağır yara almışdı. Hər dəfə söz düşəndə gözləri parıldayırdı. Bilmirdin ağlamaq istəyir, yoxsa qəzəbindən belə görkəm alıb. Əsgər yoldaşı ona görə həyatını qurban vermişdi. Xanı həmin hadisəni mənə danışanda onun niyə belə yanıqlı oxuduğunu anladım:

20181 dəq

Başqa şairlərin şeirləri