İkinci hissə, 16. Komandir
Səhərəcən nəfəs dərmədən yol getdik. Sağ olsun Mazanovu, gizli cığırları yaxşı tanıyırdı. Dəmirçidama qədər bir dəfə də yerinə düşməyən hərəkət eləmədi. Biz bu gedişlə Sərsəngə qədər gedərdik, heç kimə görünməzdik.
Mazanovun yerişinə həmişə gizli-gizli göz qoyurdum. Qədəmlərini torpağa astaca basır, otları əzmir, palçığa iz salmırdı. Çəkisi yox idi elə bil. Bəlkə heç minaya-zada da düşməzdi. Ən qəribəsi - bunu özündən asılı olmadan edirdi. Təbiətən bu cür idi. Keçi qayalıqda necə yeriyir, qatır çınqıllığa necə qalxır, Mazanov da elə. Təngnəfəs də olmurdu.
Kədərli sifəti, yorğun, qayğılı baxışları onu azı on yaş qoca göstərirdi. Yeriyəndə, qaçanda, güləşəndə nə qədər çəpik idisə, adi vaxtda o qədər süst dayanırdı. Az danışırdı. Danışanda da elə sözlər deyirdi, yarım saat fikrə gedirdik. Sakit və mehriban olduğundan hamı onun hörmətini saxlayırdı. Hərdən Kəlbəcər şairlərindən şeir deməyi də vardı. İllah da bir balaca içəndə.
Gecə boyu Mazanov dayananda dayandıq, döyükəndə döyükdük, baxanda baxdıq, uzananda uzandıq. O, instinktiv hərəkət edirdi, amma qızıl qaydaları pozmurdu. Səhərə yaxın qalın bir meşəlikdə dayandı. Əlimlə arxadakılara yerə yatmaq işarəsi verib ona yaxınlaşdım. Ağzını qulağıma söykəyib su səsinə oxşayan pıçıltıyla dedi:
“Dəmirçidamdayıq!”
Mazanovla Qırğının yerini dəyişib, özüm ətrafı yoxlamağa çıxdım.
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-ikinci-hisse-16-komandir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səhər saat 5 radələrində ön xətti təmizləmək üçün çıxan iki sapyor təxminən bir saatdan sonra geri qayıtdı. Onlar minaaxtaran nizələr əllərində Kapitan Rəşidovun qarşısında fağır-fağır dayandılar:“Ön xətt açıqdır, gedə bilərsiniz!”
Dördüncü hissə, 4. KomandirÖmər və Güzgü zirvələrinin sağındakı yüksəklik düşmənin əlindəydi. Ondan arxaya bizim nəzarətimizdə olmayan daha bir zirvə vardı. “Cabir postu” ilə üz-üzə olan bu yüksəkliyə şərti olaraq Qamış yüksəkliyi deyirdik. Biz səhərə yaxın təmas xəttini “Cabir postu” ilə Qamış yüksəkliyinin arasından keçəcəkdik. Düşmənin ən zəif postu bura idi. Uzun-uzadı müşahidə aparıb vəziyyəti öyrənmişdik. Gecələr rahatca yatır, bəzən qarovul da qoymurdular.Əməliyyat zamanı hər hansı hadisə baş versə Kapitan Rəşidovun rəhbərlik etdiyi qrup Qamış yüksəkliyini götürəcək, düşmən əsgərlərini əsir alacaqdı. O, bizə yalnız bu cür kömək edə bilərdi.
Dördüncü hissə, 5. QırğıTəmas xəttini bu nöqtədən ilk dəfə keçirdim. Canımda üşütmə vardı. Buz üstünə çıxan buzov kimi titrəyirdim. Əvvəla, nəinki düşmən, heç biz tərəfdə basdırılan minaların da yerini bilmirdik. 701-in vaxtından nə basdırılmışdı, hara basdırılmışdı, məlumat yox idi. İkincisi, düşmən öz tərəfində istehkamı möhkəmləndirmişdi. Aldığımız məlumata görə, onlar müasir və həssas piyada minaları əldə etmişdilər. Üçüncüsü və ən vacibi, bizim sapyorlara inanmırdım. Ayağımı hər atanda on dəfə dua, hər çəkəndə on dəfə şükür edirdim. Canlı hədəf idim. “Mişen”.Sapyorların açdığı cığır tərtəmiz idi. Ön xətti sağsalamat keçib dərə boyu Qonurdağa üz tutduq. Ağ çınqılı yenib dağa dikləşəndə yağış başladı, zirvəyə çatanda daha da gücləndi. Ağ yağış deyirdilər buna. Damcısı iri yağışlar adətən uzun-uzadı yağmır. Ağ yağış iri damcılarla gün ərzində fasilələrlə yağır, bəzən saatlarla şıdırğı tökür. Adamı vahimə basır. Elə bilirsən, dağları sel yuyub aparacaq. Hələ ildırım! Qulağının dibində çaxır. Biz çıxan zirvələrin başı buludu dəlib keçir. Demək, ildırım başımızın üstündə yox, qulağımızın dibindədir. İldırımı çəkməsin deyə rabitə qurğusunun daşını çıxartdıq.
Dördüncü hissə, 6. KomandirKamera məndə, snayper Qırğıda, durbin Ləzgidə... Biz Kəlbəcər tərəfki dağın yaxasından düşmən postları yerləşən Ömər aşırımına baxırdıq. Aramızdan axan Lev çayının səsi Xaçını xatırladırdı. Görəsən, Xaçınla hardasa qovuşurdular? Suları bir-birinə qarışırdı?Dağlara qəribə mənzərə açılmışdı. Kəlbəcər üzdən Murov fərqli görünürdü. Zirvələr daha hamar, yamaclar daha tumarlı. Hər yerə təzə yollar çəkmişdilər. Bu yolları tələsmədən kameraya aldım. İrəli çıxanda artıq Cəmilli qərargahı görünürdü. Hərbi hissə köhnə ferma yerində salınmışdı. Aramız üç yüz-dörd yüz metr olardı. Bir az qabağa gedib kameranı işə saldım. Əsgərlər səhər düzülüşünə çıxmışdılar. Kamera uzaqdan yaxşı götürmürdü deyə bir az da yaxınlaşmaq lazım gəlirdi. Uşaqlara dayanıb maskalanmaq işarəsi verib özüm, təxminən, 80-90 addım irəli çıxdım, çəkiliş üçün yaxşı mövqe seçib kameranı işə saldım. Üstündə işıq yanırdı. Diqqət çəkə bilərdi. Ancaq daha bundan keçmişdi.
Başqa şairlərin şeirləri
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Qəzəl: Keç təğafül birlə məndən ey edən şeyda məniKeç təğafül birlə məndən ey edən şeyda məniKim bu gündə görməsin heç kafir və tərsa məni
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,