Dördüncü hissə, 4. Komandir
Ömər və Güzgü zirvələrinin sağındakı yüksəklik düşmənin əlindəydi. Ondan arxaya bizim nəzarətimizdə olmayan daha bir zirvə vardı. “Cabir postu” ilə üz-üzə olan bu yüksəkliyə şərti olaraq Qamış yüksəkliyi deyirdik. Biz səhərə yaxın təmas xəttini “Cabir postu” ilə Qamış yüksəkliyinin arasından keçəcəkdik. Düşmənin ən zəif postu bura idi. Uzun-uzadı müşahidə aparıb vəziyyəti öyrənmişdik. Gecələr rahatca yatır, bəzən qarovul da qoymurdular.
Əməliyyat zamanı hər hansı hadisə baş versə Kapitan Rəşidovun rəhbərlik etdiyi qrup Qamış yüksəkliyini götürəcək, düşmən əsgərlərini əsir alacaqdı. O, bizə yalnız bu cür kömək edə bilərdi.
Hərəkətə başlamağa az qalmış Daşkəsən tərəfdə məşəl fırladılar. Canımı qara qayğılar aldı. Mən bir yana Kapitan Rəşidov da əməlli-başlı şübhəyə düşdü. Biz tərəfdən kiminsə düşmənə casusluq etməsi onu bərk qorxudurdu. Olmaya təmas xəttini keçəcəyimizi bu işarəylə xəbər verirdilər? Belə deyildisə, səhərə yaxın bu məşəli niyə yandırmışdılar? Üstəlik, nəsə deyirmiş kimi belə təkidlə fırladırdılar?
Gözləmək məcburiyyətində qaldıq. Qısa müşahidə və araşdırmadan sonra məşəlin bir parol, bir işarə olmadığına inanıb hərəkətə başladıq. Qırğı özünü qabağa verdi, etiraz eləmədim. Vəfalı Qırğı! Yenə gözünü yumub ölümün ağuşuna atılırdı.
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-dorduncu-hisse-4-komandir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Atamın təkidi ilə çıxıb onlara getdim. Dedim, yəqin, Sevinclə danışmış olar. İmkan tapan kimi öz eviylə əlaqə saxlayırdı, onlar da bizə deyirdi. Bu dəfə heç kimdən səs-səda gəlmirdi. Atam məni yatmağa qoymadı. Sübh tezdən oyatdı. Getdim. Yolda oyuncaq avtomat gördüm. Çox xoşuma gəldi. Nihad üçün aldım. Sevinc qapının gözlüyündən görüb qorxmuşdu.
Dördüncü hissə, 52. Komandirİki gecəydi yatmırdım. Telefonu açmağa da vaxt tapmırdım. Nə qədər yorğun olsam da, içim-içimə sığmırdı. Biz düşmənin əfsanəyə çevirdiyi “Ohanyan səddi”ni darmadağın eləmişdik. İlk və ən əhəmiyyətli yüksəkliyi almaq üçün mən xüsusi təyinatlılardan seçilmiş dəstə ilə düşmənin arxasına keçmişdim. Bizə müqavimət göstərdikləri vaxt əsgərlərimiz yüksəkliyi götürmüşdü. Tezliklə düşmənin dərinliyinə yeriyib mühasirəni yardılar, biz döyüşə-döyüşə azad edilmiş yüksəkliyə qayıtdıq.Döyüşün dördüncü günü, axşama yaxın imkan tapıb telefonu açdım. Sevinc düz on yeddi dəfə zəng vurmuşdu. Geri yığdım. Top səsi danışmağa imkan vermədi. Blindaja girib təkrar yığdım. Danışdıq.
Dördüncü hissə, 53. SevincOnunla aprelin 4-ü, Zabil əlində silah qapımızı döyən gün saat 4-5 radələrində danışdım. Bütün günü zəng etmişdim, götürməmişdi. Axşama yaxın özü zəng vurdu. Silah səslərindən nə dediyini eşitmirdim. Bir az kənara çəkilib təkrar yığdı. Dedi, yaxşıyam, amma yuxusuzam. Başqa heç nə soruşa bilmədim. Bircə kəlmə dedim: “Səni harda axtarım?”Cavab verdi:
Dördüncü hissə, 54. KomandirBir göz qırpımında on-on beş atəş açılır, zülmətin bağrıyla uçuşan odlu mərmilər, az qala, havada toqquşurdu. Əvvəlcə üstümüzə gələn zirehli texnikanı, ardınca piyadaları atəşə tuturduq. Səngər düşmən tərəfdən yaxşı möhkəmləndirilməmişdi, mövqe tutmaq asan deyildi. Yenə də kürəyimizi yamaclara söykəyib müqavimət göstərirdik. Özümü Murovun başındakı səngərini axıracan tərk etməyən Cabir kimi hiss edirdim. Sinəm fəxrlə qabarırdı.“Geri çəkilmirik!”
Başqa şairlərin şeirləri
Bu gün mən səni gördüm,Salam vermək istədim,
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
VarOl gündən lənət olsun şeytana,Ondan ötrü çoxlu fitnə-feli var,
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?