Dördüncü hissə, 52. Komandir
İki gecəydi yatmırdım. Telefonu açmağa da vaxt tapmırdım. Nə qədər yorğun olsam da, içim-içimə sığmırdı. Biz düşmənin əfsanəyə çevirdiyi “Ohanyan səddi”ni darmadağın eləmişdik. İlk və ən əhəmiyyətli yüksəkliyi almaq üçün mən xüsusi təyinatlılardan seçilmiş dəstə ilə düşmənin arxasına keçmişdim. Bizə müqavimət göstərdikləri vaxt əsgərlərimiz yüksəkliyi götürmüşdü. Tezliklə düşmənin dərinliyinə yeriyib mühasirəni yardılar, biz döyüşə-döyüşə azad edilmiş yüksəkliyə qayıtdıq.
Döyüşün dördüncü günü, axşama yaxın imkan tapıb telefonu açdım. Sevinc düz on yeddi dəfə zəng vurmuşdu. Geri yığdım. Top səsi danışmağa imkan vermədi. Blindaja girib təkrar yığdım. Danışdıq.
Düşmən qarış-qarış, addım-addım azad etdiyimiz ən əhəmiyyətli yüksəkliyə qəfil hücuma keçdi. Say və texnika üstünlüyü onlarda olsa da, biz səngəri qoyub gedə bilməzdik.
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-dorduncu-hisse-52-komandir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Atamın təkidi ilə çıxıb onlara getdim. Dedim, yəqin, Sevinclə danışmış olar. İmkan tapan kimi öz eviylə əlaqə saxlayırdı, onlar da bizə deyirdi. Bu dəfə heç kimdən səs-səda gəlmirdi. Atam məni yatmağa qoymadı. Sübh tezdən oyatdı. Getdim. Yolda oyuncaq avtomat gördüm. Çox xoşuma gəldi. Nihad üçün aldım. Sevinc qapının gözlüyündən görüb qorxmuşdu.
Dördüncü hissə, 53. SevincOnunla aprelin 4-ü, Zabil əlində silah qapımızı döyən gün saat 4-5 radələrində danışdım. Bütün günü zəng etmişdim, götürməmişdi. Axşama yaxın özü zəng vurdu. Silah səslərindən nə dediyini eşitmirdim. Bir az kənara çəkilib təkrar yığdı. Dedi, yaxşıyam, amma yuxusuzam. Başqa heç nə soruşa bilmədim. Bircə kəlmə dedim: “Səni harda axtarım?”Cavab verdi:
Dördüncü hissə, 54. KomandirBir göz qırpımında on-on beş atəş açılır, zülmətin bağrıyla uçuşan odlu mərmilər, az qala, havada toqquşurdu. Əvvəlcə üstümüzə gələn zirehli texnikanı, ardınca piyadaları atəşə tuturduq. Səngər düşmən tərəfdən yaxşı möhkəmləndirilməmişdi, mövqe tutmaq asan deyildi. Yenə də kürəyimizi yamaclara söykəyib müqavimət göstərirdik. Özümü Murovun başındakı səngərini axıracan tərk etməyən Cabir kimi hiss edirdim. Sinəm fəxrlə qabarırdı.“Geri çəkilmirik!”
Dördüncü hissə, 55. XanıUşaqlara dedim, gözdə-qulaqda olun, belə geniş miqyaslı döyüşlər başlaya, komandir orda olmaya? Hökmən xəbər çıxacaq. Adam bilsə köməyə ehtiyacı var, bir dəstə düzəldib gedər.