Bu gün mən səni gördüm,Salam vermək istədim,Üzünü yana tutdun.Söylə, illərdən bəriQəlbimizin bir duyubbir vurduğu illəri,Axı, nə tez unutdun?Beş ildə gözümüzdən axan o qanlı sellər,Bir salama dəymədi?Həyəcanla, fərəhlə, qəmlə dolu o illərBir salama dəymədi?Heç üzümə baxmadan yanımdan necə keçdin?Sən eşqin salamını qorxuyamı dəyişdin?Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?O qədər yaxın ikən, bu qədər uzaq oldun.Şirin gülüşlərimiz, acı fəğanlarımızBir salama dəymədi?Qayğılı anlarımız, qayğısız anlarımızBir salama dəymədi?Sən neylədin, bir düşün!Yalnız indi anladım: ah, sən daha mənimçünƏlçatmaz bir çiçəksən,Yaşanmış günlərim tək geri dönməyəcəksən!...

Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülümDüz beş il ürəyimdəBəslədiyim məhəbbət, bir salama dəymədi.Bir günlük həsrətimə dözə bilməyən, gülüm,Bəs nə oldu?Bu həsrət bir salama dəymədi?Getdin, dalınca baxdım, can ayrıldı canımdan,Sən necə etinasız ötə bildin yanımdan,Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,Sənin qəlbin əsmədi.Arxana da baxmadın!Niyə sənin yolunu məhəbbətin kəsmədi?...Qazancımız de, bumu?Deyilməmiş o salam əlvidamız oldumu?Sən mənə zülm eylədin, mənə zülm yaraşır.Bir salama dəyməyən eşqə ölüm yaraşır.

Sentyabr 1961

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri