Yoxsan...Qəribə işdirDanışıram yenə mənƏlim qələm də tutur,Durub şeir yazıramSəhər-səhər sənə mən.

Sən həm mənim kədərim,Sən həm də şadlığımsan.Sən mənim əsarətim,Həm də azadlığımsan...Yoxsan...Qəribə işdirQəlbim,hissim,düşüncəm,Axı, oyaqdır mənimNecə nəfəs alıram -Havam ki, yoxdur mənim?Yoxsan...Sən mənim üçünXoş arzularsan, demək,Baharda qarsan, demək,Qışda baharsan, demək.Yoxsan...sən mənim üçünDaha çox varsan, demək.

Sevilənlər, sevənlərAyrılığın, həsrətinƏlindən dad çəkdi, dad.Eşq - həsrətin anası,Həsrət - aşiqə ustad.

Ömrün boyu qaçmısanArxanca yüyürmüşəm.Səndə imkansızlığı,Uzaqlığı görmüşəm.

Həsrət öyrətdi mənəHardayam...indi hardanHara gedəcəyəm mən.Nəydim,indi nəyəm mən?

Həsrət öyrətdi, həsrətVaxtın hardan başlayıb,Haraya vardığını.Həsrət öyrətdimənləBaşlayan bir həyatınSəndə qurtardığını.

Həsrətinin gözüyləMən dünyaya baxanda,Gecələr gündüz olur.

Həsrətinin zülmətiGözlərimə nur verir,İdrakıma göz olur.Həsrətim başlanandaBaşlanır bu cahanaSonsuz heyrətim mənim.İdrakımla yaşıddırEşqim, həsrətim mənim...

Böyük bir şair dünənVaxtın qısalığındanDad çəkib "uzan!" - dedi,Anın qısa ömrünüO, uzatmaq istədi.

"Ey an, sən uzan" deyibVaxta böhtan yazdı o.Əgər həsrət çəksəydiAna yalvarmazdı o.

Onda o bilərdi ki,Həsrətin bircə anıBərabərdir illərə.Bircə günlük ayrılıqNeçə illik vüsaldanUzun olur yüz kərə.Bircə günlük ayrılıqBir ömürlə tən olur;Həsrət vaxtı uzadan,Səbri gödəldən olur.Həsrətin - məhək daşım,Həsrətin - yol yoldaşım.Yanır başım üstündəO, ulduz tək, o, gün tək.Mərdanədir, böyükdürHəsrətin də özün tək...

İyul 1964, Kislovodsk

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran