Anam təzədən böyüyür
Qızım Gülzara
Anam, öz adım qızıma verdi,Anam, nəvəsini çox istəyərdi.
Körpə nəvəsini qoyub yerindəAnam arxayınca dünyadan getdi.Qızımın qıyqacı nəzərlərindəAnamı görürəm, anamı indi.
Nəvə nənəsinə oxşayır eynən,Böyüyür, ucalır ilbəil qızım.Təzədən böyüyür, anam təzədən,Anamın özüdür elə bil, qızım.Həyat öz qəribə sirlərindənBizə əlvan-əlvan möcüz göstərir.Qızımı adıyla çağırmıram mən"Ay anam" deyirəm, o da hay verir.
O mənim anamdır, o mənim anam,Ancaq bir fərqi var, bunu danmaram:Bir vaxt anam mənə can-can deyərdi,İndi mən anama can-can deyirəm.Bir vaxt anam məni çox istəyərdi,İndi mən "anamı" çox istəyirəm.
Sentyabr, 1966
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-anam-tezeden-boyuyur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
ÇustÇust sürçüb məni palçıxda yıxur, ay zakir,Tərs kimi yolda olub çalaçuxur, ay zakir.
Eşq zor eyləsə, ey dil sana, məğlub olsanEşq zor eyləsə, ey dil sana, məğlub olsan,Söyləmə batiləm əsla, de ki, həqqəm, həqqəm.
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat