İkinci hissə, 15. Gizir Səfərov
Boynuma alıram ki, Lev çayının sahillərini, Seyidlər, Dəmirçidam, Susuzluq zonasını bizim Ağsaqqaldan yaxşı tanıyan yoxdur. O, Kəlbəcərin Seyidlər kəndindəndir. Dağda-daşda kərtənkələ kimi hərəkət edir. Harda görünüb, harda itir, bəlli deyil. Mazanovdan heç biz özümüz baş açmırıq, o da ki, erməni ola. Hərdən “suiti” deyirəm ona. Açıq ərazidə, daşın-qayanın, meşənin, otun olmadığı yerdə elə bil torpağa kəllə vurur, yoxa çıxır, gözlənilməyən yerdən təzədən pırtlayır.
Dəmirçidama doğru hərəkət planını hazırlayanda komandir “mişen” getməyi Ağsaqqala həvalə etdi. Üçbucağın oturacaq nöqtələrində Qırğıyla mən olmalıykən özüylə məni seçdi. Qırğını ümumi nəzarət üçün ən arxada gələn qrupa saldı. Fürsət tapıb etiraz elədim:
“Orucov, yenə özünüzü qabağa verirsiniz, şəxsən mən indiyəcən komandirin irəlidə getdiyini görməmişəm. Belə çıxır ki, o biri komandirlər ya qorxaq olublar, ya da taktikanı bilməyiblər.”
“Siz mənə nə vaxt komandir deyəcəksiniz?” - söhbəti necə dəyişdisə, pərt oldum.
“Günah özünüzdədir. Bizimlə əsgər kimi davranırsınız.”
“Belə çıxır ki, səmimiyyətim, sizinlə dost-yoldaş münasibətim özümə problem yaradır?”
“Təxminən. Müsəlmana yaxşılıq yoxdur!” - güldüm, gözlədim ki, o da gülsün, lakin çox ciddi idi, hətta məndən bir az incimiş kimiydi.
“Əslində, biz sizə öz aramızda komandir deyirik, müraciət edəndə andıra qalmış dil familiyanızı çağırır.” - vəziyyəti yumşaltmağa çalışdım.
“Təzə gələn əsgərlər də sizə baxıb belə deyir.”
“Qələt eləyirlər! Qulaqlarını kəsib küçük kimi bölüyün həyətinə bağlayaram!”
“Söz danışdın də!” - incik-incik başını döndərəndə deməyə söz tapmadım. Orucovun taqımında əsgəri nəinki vurmaq, ona acıqlanmaq da olmazdı. Allahın İrəfiyevi qudurub başımıza çıxmışdı. Komandirə atasından artıq güvənirdi. Gələndən çiçəyi çırtlamışdı. Bölükdə hamı bilir, mənim çayımı həmişə İrəfiyev süzüb. Borcudur. Hər yerin ağsaqqalı-qarasaqqalı bilinməlidir. Orucov gələn gündən bu xasiyyətini tərgitdi. Bir dəfə özünə dedim, arxayınlıqla cavab verdi ki, artıq mən də “dembl”əm. Necə hirsləndimsə, az qala avtomatın lüləsini qarnına soxacaqdım. Dedim, ayə, maygülü, “dembl”lik xidmət stajı ilə ölçülmür e! Adamda “dux” olsun gərək! Mən gedənəcən sən “maladoy” qalacaqsan.
Balaca qardaş kimi baxdığım Orucovdan utanırdım. Adama elə baxırdı, elə məzəmmət edirdi, elə sözlər tapıb deyirdi, bölüyün gözü qabağında şillələsə, ondan yaxşıydı. Bir gün 101-də, yeməkxanada özünə çay süzəndə mənə də süzdü. İlk dəfə çay süzən komandir görürdüm. Çaşıb qaldım. Dedim, mən sizə süzməliyəm, siz niyə belə edirsiniz? Dedi, sən də qalxanda mənə süzərsən. Onda anladım ki, bu, başqa adamdır. Bununla özünə layiq davranmalısan. Orucov bölüyə gələndə bizim qaydalar qüvvədən düşdü, onun qaydalarıyla yaşamağa başladıq. Bu da İrəfiyev kimi “çumo”lara sərf eləyirdi.
İndi əsgərlərin qulağını kəsmək deyəndə komandirin üzünü çevirməsi həmən məsələydi. Gördüm, danışdıqca yolu yoxuşa sürürəm, sözün əvvəlinə qayıtdım:
“Sualımı cavabsız qoydunuz, komandir!” - belə müraciət etdim ki, yumşalsın, o saat hiss elədi:
“O biri komandirlər arxadan idarə edir, mən qabaqdan!” - səsi bıçaq kimi soyuq və sərt idi. Dinmədim. Bundan sonra qərara aldım ki, ona heç vaxt familiyasıyla müraciət etməyim.
Hava qaralırdı.
Ağsaqqal silahını götürüb qabağa düşdü, on addım aralanan kimi komandirlə mən sağ-sol cinahlarda yer aldıq. Qrup üzvləri yorğun dəvələr kimi ah çəkə-çəkə bir-bir ayağa qalxdılar. Ağaclar sərin axşam küləyində yellənib bizə əl elədi.
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-ikinci-hisse-15-gizir-seferov
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O ağır xəbəri aldığım gün səhər tezdən qapımızın zəng səsinə diksindim. Ürəyimə dammışdı ki, nəsə olacaq. Yuxumu qarışdırmışdım. Nə qədər gözləməsəm də, onun gəldiyini düşündüm və dərhal özüm-özümə güldüm. Müharibənin belə qızğın vaxtı heç telefonlara cavab vermir, o da ki, durub gəlmək ola. Amma o, həmişə gözləmədiyim anda gəlmişdi. Ən ağır səfərlərdən, ən dəhşətli döyüşlərdən qayıtmışdı. Onu ən çox qayıdan yerdə xəyal eləmişdim. Yaddaşımda evə dönən gülər üzlü zabit kimi qalmışdı. Bəlkə, ən çox sevindiyim o anlar idi, ona görə. Gəlməyin bir getməyi də var axı. Vidalaşıb getdiyi anları yaddaşımdan silmək istəyirdim.Yenə qayıtmışdı, yəqin. Qalxıb qapıya qaçdım, gözlükdən baxanda qorxudan az qala qışqıracaqdım. Mülki geyimli bir şəxs əlində avtomat qapımızın ağzında durmuşdu. Üzü görünmürdü. Blokda dayanan silahlı adama baxa-baxa nə edəcəyimi bilmirdim. Başını azca aşağı salanda tanıdım: Zabil! Qapını açıb az qala döyəcəkdim onu. Bu nə silahdır?
Birinci hissə, 11. KomandirDeyilənə görə, burda vaxtilə çinlilər adlı tayfa yaşayıb, kəndin adı ordan götürülüb. Amma bizim tayfamızın adı kolanıdır. Kəndimiz də Kolanı dərəsində yerləşir. Çinli söhbətinə əvvəldən inanmamışam. Kəndimiz haqqında başqa rəvayət eşitmişəm.Qənbərliyə Dədəli Cinli, bizimkinə Yetim Cinli deyirlər. İkisi də bir camaatdır. Yetim Cinli Qənbərlidən köçmədir və ordan xeyli balacadır. Əlli-altmış ev olar, ya olmaz. Təxminən on ev də yeni tikilmişdi. Cinlidə cavanlar əsgərlikdən gələn kimi özünə məhəllə yeri tutur, əlinə imkan düşəndə ev tikir. Yeni həyat beləcə başlayır. Mən öz yerimi bir az erkən, əsgərliyə getməmiş tutdum. Evimizdən bir az aralı, Kalafalığın düzündəki rahat yastanaya bir maşın çay daşı tökdüm, dedim, bura da mənimdir! Heç kim heç nə demədi. Çox xoşuma gəlirdi bu məhəllə. Hərdən daşların üstündə oturub gələcək ailəmi xəyal edirdim. Kənddə gözaltım da vardı. Amma heç vaxt ona nəsə demək imkanım olmamışdı. Bir az da atamdan çəkinirdim. Bilsə, ətimi kəsərdi. Üstəlik, anamdan utanırdım. Atamdan çəkinirdim, anamdan utanırdım.
Birinci hissə, 12. Kapitan Rəşidov“Bismillah” sözünə bu qədər həssas yanaşan adam ilk dəfə görürdüm. Hər namaz qılanda yanımda oturur, dediyim sözlərə, zikr etdiyim dualara diqqətlə qulaq asır, bəzilərinin mənasını soruşub öz-özünə təkrarlayırdı. Dedim, istəyirsən, səni də öyrədərəm. Dedi, istəyirəm. Öyrətdim. Bir müddət mənimlə namaz qıldı. Çox həvəsliydi. Ancaq sonralar ibadətdən imtina etdi. Səbəbini soruşdum, cavabı gözlənilməz oldu:“Məncə, kəşfiyyatçı namaz qıla bilməz”.
Birinci hissə, 13. KomandirKolanı dərəsinə bir də anamın üçündən sonra qayıtdım. Artıq Qənbərli də işğal olunmuşdu. Xaçının sahili təhlükəli olsa da, əsgərə verdiyim sözü tutmalıydım.Qoyub getdiyim kimiydi. Üstünün şax-şəvəlini səliqəylə təmizləyib onu, eynən anam kimi, qollarıma aldım, Xaçına tərəf addımladım, çayı keçəndə ayağım sürüşdü, az qala yıxılacaqdım. Mənə elə gəldi, yıxılsam, qucağımdakı meyit soyuq suyun təmasından diksinib dərin yuxusundan ayılacaq.
Başqa şairlərin şeirləri
"Şahpalut" necə xoşca yaraşır aş üstə,Odə çox xoş yazasan göndərrəm baş üstə
Qəzəl: Nə bədxudur gözəllər hər kimi gördükdə nişlərNə bədxudur gözəllər hər kimi gördükdə nişlər,Çəkərlər təyğ əbrudən nəzər əhlin qılışlər
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Mürəbbə: Quberniya bina olandan bəriQuberniya bina olandan bəriOğrunun hər biri bir xanə dönüb