İkinci hissə, 14. Komandir
Yayın son günlərini yaşasaq da, dağlar, meşələr saralmamışdı. Zod tərəfə uzanan ovsunlu mənzərəyə baxdıqca kəşfiyyatda olduğumu unudub səsimi qaldırmaq, bir-iki ağız oxumaq istəyirdim. Heyif buralardan! Gözəl vətənimiz vardı, yiyəsi olmadı.
Dağılmış evlərin arasında bir qaraltı eşələnirdi. Adama da oxşayırdı, heyvana da. Qırğının durbinə sarıldığını görüb qaraltını müşahidə etdiyini düşündüm. Balaca bir daş atıb onu yanıma çağırdım və astadan soruşdum:
“Qaraltını görürsən?”
“Yox.”
Barmağımla göstərməyə çalışdım. Qırğı gözlərini nə qədər qıyıb baxsa da, heç nə görmürdü. Durbini gözünə qaldırıb baxdı. Yenə görmədi.
“Necə Qırğısan bəs?” - zarafatlaşdım - “Belə çıxır ki, əsl Qırğı mənəm.”
“Sən qartalsan!” - ciddi-ciddi söylədi - “Qartal daha uzağı görür. Deyilənə görə, bir kilometrdən siçanın hərəkətini izləyə bilir.”
“Amma yanındakı tələni görmür!”
“Tələnin nə dəxli var?”
“Var. Görməklə iş bitmir, gərək nəticə çıxarasan. Demək, insan bütün canlılardan yaxşı görür.”
Qırğının qaraltını tapmaq üçün əziyyət çəkdiyini görüb əlavə etdim:
“Durbinlə axtarma, elə tapa bilməzsən, əvvəl adi gözlə gör.”
Və üzümü üzünə yaxınlaşdırıb barmağımın ucuyla qaraltını göstərməyə çalışdım. Nəhayət, gördü, amma baş çıxara bilmədi:
“Tərpənmir. Daşdır.”
Durbini gözünə aldı.
“Tərpənir. Yaxşı bax.”
“Həə, tərpənir. Sən onu necə gördün? Güclə sezilir.”
Durbini alıb baxdım və qaraltını xeyli izlədim. Kəşfiyyatda diqqət və səbr çox vacibdir. Təkrar edirəm: diqqət və səbr! Saatlarla sakit-səssiz uzanıb müşahidə aparmaq asan deyil. Uzaqda tərpənən qaraltı maraq doğurduğu üçün zamanın necə keçdiyini hiss etməyə bilərsən, bəzən elə olur, axşamacan tərpənən bir şey görmürsən, lakin yenə baxırsan. Kəşfiyyatçı üçün sakitlik, hadisəsizlik, hərəkətsizlik yoxdur. Sakitlik, hadisəsizlik, hərəkətsizlik özü də məlumatdır.
Qırğını gizir Səfərovu çağırmağa yollayacaqdım ki, arxadan fısıltısı gəldi. Qırğı cəld silahını səsə tərəf çevirdi. Mən arxadan gələn fısıltı ilə durbinin halqasında tərpənən qaraltını üst-üstə otuzdurub dilləndim:
“Ayıdır!”
“Bir az səliqəli hərəkət elə” - Qırğı yavaşca xəbərdarlıq elədi.
“Boş-boş nə boylanırsız ora-bura?” - Gizir Səfərovun yuxulu və köntöy səsi şəraitə görə çox yüksəkdən çıxırdı. Ona “sakit ol” işarəsi verdim. Mənə yaxınlaşanda çənəmi yaşayış məntəqəsinə tərəf qaldırıb pıçıldadım:
“Orda bir şey tərpənir, səncə, nə olar?”
Gözlərini qıyıb baxdı:
“Ayıdır!”
Qırğı da, mən də heyrətimizi gizləyə bilməyib xorla soruşduq:
“Görürsən?”
“Əlbəttə!”
Bic-bic gülməsindən zarafatlaşdığını anladıq. Bəs qaraltının ayı olduğunu nədən bilirdi? Görünür, burda kəşfiyyatda olmuşdu və ayıların dağılmış yaşayış məntəqəsinə gəldiyini müşahidə etmişdi. Lakin beynimdə dolaşan bu cümlə gizir Səfərovun ayını necə görməsindən daha maraqlıydı; bir yerdə ayı varsa, demək, adam yoxdur!
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-ikinci-hisse-14-komandir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sevmirdim onu. Ailə qurmaq da istəmirdim. Çox kasıb yaşadığımız üçün işləyib ata-anamı vəziyyətdən çıxarmaq barədə düşünürdüm. Həm də hərbçiylə çətin olacaqdı. Bunu özü də mənə demişdi, qohumlar da. Bircə mənimlə açıq danışması xoşuma gəldi. Gördüm, mərd adamdır.Fikrim qəti idi. Ailə qurmaq ağlımın ucundan da keçmirdi. Atam imkan vermədi. O, anamla dolanmırdı. Evimizə elə bir ziddiyyət düşmüşdü ki, başımı alıb qaçmaq məcburiyyətində qaldım. Belə bir vaxtda yun papaqlı zabit üzümə qapı kimi açıldı.
Dördüncü hissə, 22. KomandirDeyirəm də, hər şey “Cəmilli əməliyyatı”ndan sonra başladı. Həyatım yeni bir ritmə düşdü. Rütbə aldım, vəzifə aldım, orden aldım, ailə qurdum, oğlumuz oldu, Toğanada evimiz oldu.Mənim bütün uğurlarımda xüsusi əməyi keçən Kapitan Rəşidov xoşbəxtcəsinə gülümsünürdü. Bir gün isə tamam ağlagəlməz hadisə baş verdi. Polkovnik Nəbiyev yanına çağırıb, rəisin getmək istədiyini və məni öz yerinə təklif etdiyini söylədi. İnanmadım. Kapitanla görüşüb söhbətləşdim. “Səndən yaxşı kim işləyə bilər?” - söylədi. Tərəddüd edirdim. Bacarardımmı? Briqadanın kəşfiyyat xidmətinin rəisi balaca vəzifə deyildi. Götürqoy etməli idim. Kapitan Rəşidov məni ürəkləndirdi:
Dördüncü hissə, 23. Polkovnik NəbiyevXidmət rəisinin təklifini nəzərə alıb Orucovla görüşdüm. Məncə, bacaracaqdı. Qəhrəmanlığı öz yerində, onda qeyri-adi bir qabiliyyət də vardı; diqqətindən heç nə yayınmırdı!Dağ şəraitində keçirilən kəşfiyyat əməliyyatları haqqında çoxlu kitablar oxumuşam. Rusiyanın Qafqazda xidmət edən yüksək çinli zabitlərinin xatirə və gündəlikləri bu mövzuda ən yaxşı yazılar kimi yadımda qalıb. Dağlar fərqlidir. Hərbi əməliyyatlar üçün, ən başlıcası, dağ şəraitində rahat hərəkət etməkdir. Murovda yamaclar düşmən tərəfdən rahat, biz tərəfdən sərt olduğuna görə onlar öz postlarına yol çəkir, artilleriya və ağır texnikanı təmas xəttinə yaxınlaşdırırdılar. Bu fakt Orucovun gözündən yayınmamışdı. Söhbət zamanı erməni üzdən çəkilən bütün yeni yolların xəritəsini stolumun üstünə qoydu. Məəttəl qaldım. Ona yol çəkilişlərini müşahidə etmək barədə xüsusi tapşırıq verilməmişdi, özü bunun əhəmiyyətli olduğunu anlayıb xəritəsini çıxarmışdı. Düşməndən müdafiəmiz üçün bu məlumatların qiyməti yox idi.
Dördüncü hissə, 24. KomandirHər işim yolunda idi, lakin gümüşü işığı birdəfəlik itirmişdim. Onu bir daha görməmək qorxusu içimdən üşütmə kimi keçirdi. Murovun gecələri üzümə sönmüşdü. Evlənməyimmi, rütbə-vəzifə almağımmı, övladımın olmağımı məni həyat sevincimdən ayrı salmışdı? Axı balaca Aqşinin üzündə də o işıqdan bir zərrə vardı. Olmaya, ailən-uşağın var, artıq mənə ehtiyacın yoxdur demək istəyirdi.Elə gecə olurdu səhəri dirigözlü açırdım. Hər yerdə onu axtarırdım. Yox idi. İmkan tapıb yolumu Çəmənlidən saldım. Bəlkə, Yeddixırmana yaxın müqəddəs bir yerdə gözümə görünərdi?
Başqa şairlərin şeirləri
Ey dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
ÇaynaməTəalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani
Sual–CavabSeyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,
Qar adamPamirdağda, Himalayda, Hindquşda“Qar adam”ı axtarırlar yayda, qışda.