Deyirəm də, hər şey “Cəmilli əməliyyatı”ndan sonra başladı. Həyatım yeni bir ritmə düşdü. Rütbə aldım, vəzifə aldım, orden aldım, ailə qurdum, oğlumuz oldu, Toğanada evimiz oldu.

Mənim bütün uğurlarımda xüsusi əməyi keçən Kapitan Rəşidov xoşbəxtcəsinə gülümsünürdü. Bir gün isə tamam ağlagəlməz hadisə baş verdi. Polkovnik Nəbiyev yanına çağırıb, rəisin getmək istədiyini və məni öz yerinə təklif etdiyini söylədi. İnanmadım. Kapitanla görüşüb söhbətləşdim. “Səndən yaxşı kim işləyə bilər?” - söylədi. Tərəddüd edirdim. Bacarardımmı? Briqadanın kəşfiyyat xidmətinin rəisi balaca vəzifə deyildi. Götürqoy etməli idim. Kapitan Rəşidov məni ürəkləndirdi:

“Sən bu saat korpus komandiri olmağa hazırsan!” - əlini çiynimə qoyub sinəsini qabağa verdi, səsini qaldırdı - “Orucov, sənə yenə deyirəm, qabağa getməlisən! Parlaq gələcəyin var. Sən general olacaqsan! Böyük qələbəmiz sənin adınla bağlanacaq!”

Belə sözlər məni utandırırdı. Güldüm. Dedim, rəis, siz Allah, mənə belə sözlər deməyin, axı nə etmişəm ki?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, 25. Qırğı

Kolluqdan hərəkətə başlayanda susuzluqdan yanırdım. Dilim-ağzım quruyub bir-birinə yapışmışdı. Elə bil boğazıma yapışqan tökmüşdülər. Ağsaqqalı yanlayıb bizə su tapmasını xahiş etdim. O, bir az irəlidə çaydan keçəcəyimizi söylədi və keçi inadkarlığı ilə dəstənin qabağına düşdü. Şər qarışmışdı.Dərəyə doğru xeyli yenəndən sonra balaca çayın şırıltısını eşitdik. Komandir sudan çox içməməyi məsləhət gördü. Düz deyirdi. Suyu çox içəndə hərəkət eləmək olmurdu.

20183 dəq
İkinci hissə, 26. Komandir

Əsgər Mazanovun bələdçiliyi çöl divarına “101” yazılmış tuneldə sona çatırdı. Buralar artıq mənim tanıdığım yerlər idi. Murova gələndən təmas xəttini üç-dörd dəfə Zoda gedən maşın karvanlarını müşahidə etmək üçün keçmişdim. Kəlbəcərin qızıl dağlarında qızğın iş gedirdi. Bir az müşahidə edəndə, deyirdin, uzağı, on günə yaxın ətrafdakı dağları daşıyıb aparacaqlar. Qızıl mədənlərinin mühafizəsi yüksək səviyyədə təşkil olunmuşdu. Ancaq yollarda “cücə” yaxalamaq mümkün idi. Mən tuneldən son vəziyyəti yoxlamaq üçün çıxmışdım. Zod tərəfdən gəlib qızıl yataqlarına qalxan dolama yolları müşahidə edəcəkdim.Gəlib-gedən maşınların işıqları görünürdü. Bəzi mədənlərdə traktorların da işığı nəzərə çarpır, diqqətlə qulaq asanda səsi eşidilirdi. Hava ağaranda hər şey aydın göründü. Budur, dağ yolları üçün nəzərdə tutulan “alabaş” avtobus səhər növbəsinin işçilərini mərkəzi meydana gətirdi. Avtobusdan əvvəl üç silahlı hərbçi düşdü, dalınca fəhlələr, mühəndislər. Yaxınlıqda polis maşını görünür. Üstü “miqalka”lı ağ “Niva”dır.

20181 dəq
İkinci hissə, 27. Gizir Səfərov

Deyirəm, tunelin havası mənə düşür, özümü gümrah hiss edirəm, Qırğı o yandan qayıdır ki, ayısan, ona görə, mağarada xoşbəxt olursan. Onda sən də quşsan, uç, qon budağa! Dəhşətdilər! Adamı anlamaq istəmirlər. Beynim necə çöndüsə, az qala əzişdirəcəkdim. Komandir özünü vaxtında yetirdi:“Dincələ bildiniz?”

20181 dəq
İkinci hissə, 28. Komandir

Əsgər Rəfiyev qışqıranda müşahidə aparan vaxt səhv buraxdığımı düşündüm. Dedim, yəqin, məni görüblər. Axı ehtiyatlı davranmışdım. Lənət olsun!“Mövqe tutun! Əmr olmadan atəş açmayın!” - içimdə başqa adam danışırdı.

20181 dəq

Başqa şairlərin şeirləri