Əsgər Mazanovun bələdçiliyi çöl divarına “101” yazılmış tuneldə sona çatırdı. Buralar artıq mənim tanıdığım yerlər idi. Murova gələndən təmas xəttini üç-dörd dəfə Zoda gedən maşın karvanlarını müşahidə etmək üçün keçmişdim. Kəlbəcərin qızıl dağlarında qızğın iş gedirdi. Bir az müşahidə edəndə, deyirdin, uzağı, on günə yaxın ətrafdakı dağları daşıyıb aparacaqlar. Qızıl mədənlərinin mühafizəsi yüksək səviyyədə təşkil olunmuşdu. Ancaq yollarda “cücə” yaxalamaq mümkün idi. Mən tuneldən son vəziyyəti yoxlamaq üçün çıxmışdım. Zod tərəfdən gəlib qızıl yataqlarına qalxan dolama yolları müşahidə edəcəkdim.

Gəlib-gedən maşınların işıqları görünürdü. Bəzi mədənlərdə traktorların da işığı nəzərə çarpır, diqqətlə qulaq asanda səsi eşidilirdi. Hava ağaranda hər şey aydın göründü. Budur, dağ yolları üçün nəzərdə tutulan “alabaş” avtobus səhər növbəsinin işçilərini mərkəzi meydana gətirdi. Avtobusdan əvvəl üç silahlı hərbçi düşdü, dalınca fəhlələr, mühəndislər. Yaxınlıqda polis maşını görünür. Üstü “miqalka”lı ağ “Niva”dır.

Fəhlələr üzüyuxarı gedib qarışqa yuvasına bənzəyən torpaq və daş topalarının arasında, qara deşiklərin içində yox oldular. Bir azdan növbəni təhvil verən qara paltarlılar göründü. Toplaşıb avtobus tərəf gəldilər. Əsgərlər onları maşına mindirib özləri də mindilər və tozanaqlaya-tozanaqlaya gedən yük maşınlarının ardınca irəlilədilər.

Hərəkət edən maşınlara bir neçə yerdə pusqu qurmaq olardı. Həmin nöqtələri qeyd edib tunelə, uşaqların yanına qayıtdım. Gün xeyli qalxmışdı. Bir az yatacaqdım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, 50. Komandir

Getdiyimiz yüksəklik Murovun sərt qayalarının tədricən əriyib düzənliyə doğru uzanan şərq yamaclarındaydı. İlk baxanda dağlardan ötrü darıxdığımı anladım və gözüm yenə gümüşü işığı axtardı. İndi o işığı təkcə mən yox, hamı hiss edirdi və hamı ona doğru can atırdı. Biz bir dəstə qartal o işığa şığıyırdıq. Qabaqda özüm gedirdim. Çünki bu dağları da, o işığı da məndən yaxşı tanıyan yox idi. Bombardman, dolu kimi yağan güllələr, səs-küy, od-alov, tüstü-his, toz-duman - heç nə bizə mane olmurdu. Hamı mənim kimi vətənin ən böyük sirrindən agah olmuşdu.

20181 dəq
Dördüncü hissə, 51. Zabil

Atamın təkidi ilə çıxıb onlara getdim. Dedim, yəqin, Sevinclə danışmış olar. İmkan tapan kimi öz eviylə əlaqə saxlayırdı, onlar da bizə deyirdi. Bu dəfə heç kimdən səs-səda gəlmirdi. Atam məni yatmağa qoymadı. Sübh tezdən oyatdı. Getdim. Yolda oyuncaq avtomat gördüm. Çox xoşuma gəldi. Nihad üçün aldım. Sevinc qapının gözlüyündən görüb qorxmuşdu.

20181 dəq
Dördüncü hissə, 52. Komandir

İki gecəydi yatmırdım. Telefonu açmağa da vaxt tapmırdım. Nə qədər yorğun olsam da, içim-içimə sığmırdı. Biz düşmənin əfsanəyə çevirdiyi “Ohanyan səddi”ni darmadağın eləmişdik. İlk və ən əhəmiyyətli yüksəkliyi almaq üçün mən xüsusi təyinatlılardan seçilmiş dəstə ilə düşmənin arxasına keçmişdim. Bizə müqavimət göstərdikləri vaxt əsgərlərimiz yüksəkliyi götürmüşdü. Tezliklə düşmənin dərinliyinə yeriyib mühasirəni yardılar, biz döyüşə-döyüşə azad edilmiş yüksəkliyə qayıtdıq.Döyüşün dördüncü günü, axşama yaxın imkan tapıb telefonu açdım. Sevinc düz on yeddi dəfə zəng vurmuşdu. Geri yığdım. Top səsi danışmağa imkan vermədi. Blindaja girib təkrar yığdım. Danışdıq.

20181 dəq
Dördüncü hissə, 53. Sevinc

Onunla aprelin 4-ü, Zabil əlində silah qapımızı döyən gün saat 4-5 radələrində danışdım. Bütün günü zəng etmişdim, götürməmişdi. Axşama yaxın özü zəng vurdu. Silah səslərindən nə dediyini eşitmirdim. Bir az kənara çəkilib təkrar yığdı. Dedi, yaxşıyam, amma yuxusuzam. Başqa heç nə soruşa bilmədim. Bircə kəlmə dedim: “Səni harda axtarım?”Cavab verdi:

20181 dəq

Başqa şairlərin şeirləri