Pamirdağda, Himalayda, Hindquşda“Qar adam”ı axtarırlar yayda, qışda.Axtarırlar kahaları, yarğanları,Zirvələrdə adamkeçməz ormanları.Nençə səyyah, neçə alim, neçə dəstəLəpirlərin arxasınca qarlar üstəYol gedirlər “qar adam”ı gəzə-gəzə,İnsan nəsli axtarırlar təzə-təzə,Nələr deyir min bəlalı bu yer şarı:Dörd milyardı keçib ərzin insanları,Siz onları adam kimi yaşadın bir...Neçələri azadlığın təşnəsidir,Vətən onun vətəni yox, qəfəsidir.Lap deyək ki, “qar adam”ı tapdınız siz,Ona hansı “səadəti” verərsiniz? –Bir növbə də artar əmək birjasında,Sıx görünər işsizlərin sırası da,Düşər qara məhbəslərə “qar adam” da,Artar bu Yer kürəsində bir edam da.Qar kimi ağ, qar kimi saf bir ürəkdəVaxtsız sönər bir arzu da, bir dilək də.Bir ana da həsrət qalar balasına,Mil çəkilər bir gözün də qarasına.Bir zəka da bircə gündə “dəli” olar...Qəzet yazar: “Bəyaz rəngli bir intihar”.Efir dinər: “Qar adamın cinayəti”,Ekran baxar: “Qar adamın fəlakəti”.Harda isə əldən uzaq, göydən uzaqSaflıq rəmzi bir “qar adam” qalıb ancaq,O bilməyir yalan, riya, güclü, gücsüz,Varmı, yoxmu, yox-yox, onu gəzməyiniz!Bəyaz rəngli bir gözəllik qalıb bəlkə,Əlinizlə bu aləmə dəyər ləkə.Zirvəsində Hindquşun, Himalayın“Qar adam”ı axtarmayın, axtarmayın!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri