Ağı söylənci
Daryaş getdi Misirelə, qayıtdı,Çox söykənmə gülümsəyən yardıma.Eşitdi ki, Çatan orda başçıdır.Çox söykənmə gülümsəyən yardıma.
Alov eldən, Həbəşeldən keçdi o,Hər ölçünü öz boyuyla biçdi o,Tunqa qarşı yeni bir yol seçdi o,Çox söykənmə gülümsəyən yardıma.Dedi: – Hələ çox çəkəcək bu oyun,Qonaq getdim, gizli tutum yolumu,Ağılayım yeməyini toplumun,Çox söykənmə gülümsəyən yardıma.
Sonra çıxım bunu Turpar adına,Salım onu Tunqun sınaq oduna,Qan ələyim Əkbitənin yurduna,Çox söykənmə gülümsəyən yardıma.
Deyim, ona mən tapşırdım bu işi,Kəsi etdim məndən qaçan çəpişi,Qızışdırım yenə çəkiş-bərkişi,Çox söykənmə gülümsəyən yardıma.
Dəysin yerə min-min uzun qulaqlı,Nə edəcək ağılanmış yaraqlı,Bir yandan da qirar qıtlıq, quraqlıq,Çox söykənmə gülümsəyən yardıma.
Əkbitəni allam, çapıb soyaram,Turparı da ora yerinc qoyaram,Şahlığımı Mindiyara yayaram,Çox söykənmə gülümsəyən yardıma.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-agi-soylenci-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Daryaş çıxdı ortalığa söylədi:– Yanılmışam, Tunqər, məni bağışla.
Daryaşın Hindelə getməsi söylənciYol almışdı yoldaşlığa Daryaş da,Son tutacaq, əltut yeri uludur,
Kumar söylənciQız toplumu meşəlikdə busurdu,Min yaraqlı gizlənmişdi susurdu,
Ana söylənciBir gün Tunqər anasıyçin darıxdı,Çox yaraya toxdaq-dərman anadır.
Başqa şairlərin şeirləri
Ey sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
ƏyriBu gün mən bir pəri gördüm: yerir, yürür, gəzir əyri.Tut yükünü, al bacını, qurma mənnən bazar əyri.
AyrılmışMərdümi-çeşmin qan ağlar,Xali-hindudan ayrılmış.
من که خَمّارم، به مسجدها مده راهم دگرکاین زمان میخوردم و در حال میخواهم دگر