Bu gün sən yenidən yeniləşirsən,Çarpışma içində, təlaş içində.Bu gün öz-özünlə eyniləşirsən,Min-min yad içində, qardaş içində.

Başının üstündən dəhşətlər ötür,Onlar səndən keçib aman istəyir.Böyük keçmişindən sən ibrət götür,Yaşamaq, ucalmaq qurban istəyir.

Hamı öz çölünü sahmana salır,Biz öz içimizlə çarpışmaqdayıq.Öz doğmalarımız bir yanda qalıb,Özgə ətəyindən yapışmaqdayıq.

Allahlar nə cəza bizə buyurub,Birləşmək istərkən ayrılırıq biz.Doğmanı doğmadan alıb, ayırıbAyrılıq içində qovruluruq biz.

Söz olar, səhv olar ömür yolunda,Onu eşələyib övkələməzlər.Başının üstünü bulud alandaVətəni, milləti ləkələməzlər.

– Biz millət dünyaya haqdan gəlmişik,Özü arxa olan xalqa nə arxa.Biz ki, özümüzü haqlı bilmişikDaha həqiqətə, haqqa nə arxa.

Hər yerdə qolları güclüdür haqqın,Yönəldir bir səmtə solu, sağı da.Böyük istəyinə çatmayan xalqınYatmağı da dəhşət, ayılmağı da.

Siyasət heç zaman bir vamda qalmır,Siyasət yerinə yalan demişik.Deyirlər azadlıq qurbansız olmur,Qurbana biz neçə qurban demişik.

Mənim respublikam, mənim millətim,Başa vur uğurla bu təzə yolu,Azadlıq, ucalıq sənin ən qədim,Milli başbiletin, qeyrətin olub.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq