Dilim
Bağda oturmuşdum, düşüncəliydim.Gözüm yol çəkirdi qum çöllərində.Hərdən çopur daşlar dilə gəlirdi,Məni dindirirdi öz dillərində.
Nələr düşünürdüm, bir Tanrı bilir.Hərdən qarışırdım soyuq yellərə.Gəl, əlimdən yapış mehriban dilim,Biz birgə yollanaq uzaq illərə.
Tapdım sevincimi, gözəlim, səndə,Bəlkə gileylisən öz taleyindən.Bəşər dil açanda, ilk söz deyəndə,İlk dəfə bəşəri sən dindirmisən.
Ən qısa, ən iti, sözlər, deyimlər,Sənin sözlərindir, dünya gözəli.Sənə çox borcludur çox-çox qədimlər,Ey böyük bəşərin körpəlik dili,
Sən bəşər dilisən, ey anam, bacım,Bəşəri özündən özünə köçür.Kiçiklər çox böyük görünmək üçün,Özünə nə böyük heykəllər biçib.
Səndən törəmişəm, mehriban gözəl,Bilirəm ən qədim daşın dilini.Ey Tanrım, şairə bir yardım göstər,Hərdən başıma çək ata əlini.
Cılız düşmənlərin qancıl diləyi,İt olub dəvəni, fili qapıblar.Sonra dil öyrənib, tərif söyləyib,Hər şeyi gizlində yıxıb çapıblar.
Dünyanı cılızlar qamarlayanda,Allah özü gördü sırtıq üzləri,O sənin başını tumarlayanda,Sənə bəxş elədi qızıl sözləri.
İtirmə, ey dilim, öz türk soyunu,Qal yenə bəşərin türk ayətində.Bəşərin ən gözəl incə duyumu,Qalıbdır dilində, xasiyyətində.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-dilim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mindiyarın səsləncləri gurladı,Səslənc çox-çox yatanları ayıldır.
Daryaş söylənciDaryaş çıxdı ortalığa söylədi:– Yanılmışam, Tunqər, məni bağışla.
Daryaşın Hindelə getməsi söylənciYol almışdı yoldaşlığa Daryaş da,Son tutacaq, əltut yeri uludur,
Kumar söylənciQız toplumu meşəlikdə busurdu,Min yaraqlı gizlənmişdi susurdu,
Başqa şairlərin şeirləri
Vaqif, nə tez sənəmlərdən əl çəkdin,Birin bir inəyə qiymət eylərsən,
MacəraO çıxdı qarşıma gülümsəyərək,Gözəl, yaraşıqlı, boylu, buxunlu.
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
Dolanar"Şişpilləkən" dağların şah dağıdır,Maralları neçə başı dolanar,