Keçdi illər, səs çıxmadı qəbirdən,Daş ağırdır, o heç zaman danışmaz.Çəkic döydü, danışdırdı dəmiri,Daş ağırdır, o heç zaman danışmaz.

Yürüşdədir Filip oğlu İskəndər,Döyüşlərdə yüz-yüz ölür hər səfər,Yaraqlıdır, yaraqsızdır ölənlər,Daş ağırdır, o heç zaman danışmaz.

Altı atlı qoşqu canlı divardır,Min-min uzun nizə dəmir hasardır,Atlı alay, bölük qatar-qatardır,Daş ağırdır, o heç zaman danışmaz.

Qəm dolmuşdu İran boyu gözlərə,Qəm qonmuşdu ləkə-ləkə üzlərə,Yayılmışdı qurd-quş, çaqqal düzlərə,Daş ağırdır, o heç zaman danışmaz.

Turqər dedi: – Yaraqlılar, irəli!Qazılacaq Balasqelin təməli,Girə bilməz bu ölkəyə hər dəli,Daş ağırdır, o heç zaman danışmaz.

Yaraqlılar cərgə-cərgə yürüşdə,Ancaq hələ xəbər yoxdur döyüşdən,Heç kəs yaxşı baş çıxartmır bu işdən,Daş ağırdır, o heç zaman danışmaz.

Filip oğlu çaş-baş qalıb sən demə,O, İrana girib, Turan yerinə,Durub gedən dalır döyüş seyrinə,Daş ağırdır, o heç zaman danışmaz.Örgənib ki, Muğlar dolu İranda,Muğ rəhbərdir işdə-gücdə, hər yanda,Fars dolaşır, orda, burda yalandan,Daş ağırdır, o heç zaman danışmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri