Dəniz şəhərində
Xəzri yenə gurlayır buludlu göylər kimi,Hədələyir yenidən bizim Neft daşlarını.Buruqlar bir-birinə həyan ürəklər kimiYolur dəli xəzrinin pırtdaşıq saçlarını.Bu şəhər yaranandan ağı qara görüb o,Rəngdən rəngə girib o.Xəzərə basqın edir,Şəhərə basqın edir.Torpaqdan üzülməyir şəhərin ayaqları,Qüdrətini göstərir bir daha bu qansıza.Neftçilər qəhrəmantək qoruyub buruqlarıQoymayır ki, onların bir yerindən qan sıza;Dəqiqələr, saatlar uzanır bir il kimi,Fəlakətlə üzləşib bu səadət ordusu.Qarşısına xəzrinin sinə gərib fil kimi,Tufana üstün gəlir qalibiyyət ordusu.Köpü yatır xəzrinin, rəngi meyittək solur,Dəmir qollu şəhərin düşür ayaqlarına.Bəli, bu yeni zəfər bir yeni mahnı olurDəniz buruqlarının qızıl yataqlarına.
Xəzriyə divan tutan cavan şəhərim mənimSuların ortasında dayanıb qalam kimi,Bakımın körpəsini – qoy bilsin dost-düşmənim,Qoruyuram xəzridən öz əziz balam kimi!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-deniz-seherinde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ay ağalar ay qazılarGöy çadırda duran kimdi
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.