Qəribə tanışlıq
Bizi tanış etdilər, çox xoşuma gəldi qız,İncə gülüşləriylə gözümdə yüksəldi qız.Öz-özümə dedim ki, onsuz yaşamaq nədir.Qaçdı gözümdən yuxu, ala bilmədim çimir.Göz gördü, könül sevdi, nəydi mənim əlacım,Qürurumdan az qaldı göylərə dəysin başım.Gəlib bir gün cürətə dedim: “Sevirəm səni,Sən hələ bundan belə tanıyacaqsan məni.Gələcəksən üz-üzə sən öz həqiqətinlə,Doludur qəlbim sənin təmiz məhəbbətinlə!”Dedi: “Bilirəm bunu, dal günçün nəyimiz var,Ayda orta hesabla gəlirin nə qədərdir?!”Arzularım bir anda oldu bütün tarımar,Bildim ona bir daha söz söyləmək hədərdir.İlan vuranlar kimi qovruldum öz yerimdə,Ürəyimin başına elə bil od basdılar.O gözəlin adını mənim nəzərlərimdəQurumuş bir ağacın kötüyünə yazdılar.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-qeribe-tanisliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Üfüqlərdən günəş qalxır bayrağımtək hər səhər,Yad ellərin səhəri bu səhərimə bənzəməz.
XatirəZəfər dolu kitabında VətəninHər igidin şöhrəti var, adı var.
Bəli, cənubluyamAraz qırağında ayrılıq günü,Köynəyi qaradan biçilən mənəm.
Özümü gördümYenə min arzuyla çıxdım səfərə,Araz sahilində izimi gördüm.