Şah dağından əsən yellər saçlarını darasın,Səni sevən Qudyalçayın sahilində arasın.Dilin ana torpağının meyvəsindən şirindir,Məhəbbətin ürəyimdə dəryalardan dərindir.

NəqəratSən ömrümün çiçəyisən, qubalı qız, qubalı,Göyçəklərin göyçəyisən, qubalı qız, qubalı.

Nəfəsindən duyuram mən çiçəklərin ətrini,Bu dünyada mənim qədər bilən hanı qədrini?!Şöhrətini ulduzlara, aya, günə yazmışam,Surətini məhəbbətlə ürəyimdən asmışam.

Nəqərat

Sən ömrümün çiçəyisən, qubalı qız, qubalı,Göyçəklərin göyçəyisən, qubalı qız, qubalı.

Xəzan bilməz ömrümüzün bu mənalı çağındaGül, həmişə bahar gülsün eşqimizin bağında.Canan desin gecə-gündüz mənim ürək tellərimAğ göyərçin əllərindən ayrılmasın əllərim.

Nəqərat

Sən ömrümün çiçəyisən, qubalı qız, qubalı,Göyçəklərin göyçəyisən, qubalı qız, qubalı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq