Başqa bir dünyanın vağzalında görüşənədək, əlvida
Böyük şəhərlərin yanındaBaşqa bir şəhər kimidi təyyarə vağzalları.Bezəndə, darıxanda şəhərdənÇıxıb gedərəm ən yaxın göyə –təyyarə vağzalında gecələməyə.Gərək bağışlasın Bakı şəhəri,Vağzal göyündən uzağa getməyəimkanım yox,Gərək bağışlasın Bakı polisi,yan qoyub təyyarəçi papağınıayaqyalın dolaşmaq keçir könlümdəngöyləri.Mənim ömrüm bütün sevdadı,Gərək bağışlasın təyyarəçi oğlanlar,təyyarəçi qızları görəndəbir daha yenidən sevmək,yenidən sevilmək keçir könlümdən.Gərək bağışlasın ünvanım,Bir qəfil sevdayla göylərdəitkin düşmək keçir içimdən,Bir də itkin düşmüş dostlararast olmaq istərdim təyyarə vağzallarında.Görüşüb, öpüşüb,təzədən itkin düşərdik biri-birimizdən.
Kim bilir bir də nə vaxt görüşərik,Kim düşər, kim düşməz yada?!Dostlar!Başqa bir dünya vağzalındagörüşənədək,Görüşüb təzədən itkin düşənədək, əlvida!
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-basqa-bir-dunyanin-vagzalinda-gorusenedek-elvida
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kim eşqlə dolu bədəndən sərxoş olur,kim ayrılıqlarla dolu badədən,
Nə adam kimi adamam, nə mələk kimi mələyəmHə adam kimi adamam,nə mələk kimi mələyəm,
Balaca buynuzlu, balaca qanadlı xanımların göyüzü və ya, Tanrım, nə balaca yaratmısan göyüzünü, bir eşq şerinə də çatmadı eni, uzunuSevgiləri sevgilərdən,ayrılıqları ayrılıqlardan,
Min il həbsdə unudulan, min il qolları nazilən uşaqDünyadan qovduqlarını,üzü ağ, qara, sarı,
Başqa şairlərin şeirləri
Şükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
Ey yigidlər sərvəri sərvi-rəvanım qandasınEy yigidlər sərvəri sərvi-rəvanım qandasınGəl ki yoluñda rəvan oldı rəvanım qandasın
Yeddi tuman, yeddisi də zəncirəYeddi tuman, yeddisi də zəncirə,Qorxum budu dal qapıdan xan girə.