Dünyadan qovduqlarını,üzü ağ, qara, sarı,Tanrım, Tanrım, hamısınıitələ mənə sarı.

Tanrım, adamlar nə sevə,nə də ağlaya bilirlər,yenə eşq ver, can ver yenəhamını qucaqlamağa,hamının göz yaşını dacanından al, ver mənəgöz yaşların ağrıtmadanhamıyçün ağlamağa.

Ver bütün qəmləri dəcanımda qəmdən min dəniz,başımda göz yaşlarındanüst-üstə min tac elə,ver, ver bütün qəmləri –son qəmi güldürənəcənməni qəmə möhtac elə.

Bu Dünyadan itələnənən qəddar qatilləri dəitələ mənə sarı,hər qatildə bu dünyayahökm oxuyan bir hakim,hökm eləyən bir şah var,həm də, həm də bu dünyadanküsdürülmüş bir uşaq var.

Canlarını, qollarınılap ülgüc kimi itilə,o ən iti, o ən kəskino ən küskün uşaqlarıqatillərin canındanitələ mənə sarı.

Ən iti ülgüc mənimçüneşqdən uca eşq yoludu,min il həbsdə unudulan,min il də xilaskarınısevincindən buraxmadankəsə-kəsə qucub durançox nazik uşaq qoludu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri