Böyük oğullar ayaqyalın yüyürüb keçdikcə göyüzünün qatlarını Tanrı da göndərər sonuncu qatdan böyük oğulların çiyinlərinə böyük oğulların qanadlarını
Bu Şeir dünyaya gələndə bu dünyada nə insan, nə də dar ağacı vardı.
Şair həmişə olanları yox, olacaqları yazır.
– Şair, sən ilk sözlərin sevgiylə yan-yana dayanmamağındanmı duydun dar ağacının yaranacağını?!
Böyük oğullar doğulan gündoğulur göyüzündəböyük oğulların qanadları da,doğulur yeraltındaböyük oğullarınbalaca dar ağacları,balaca cəlladları da.
Böyüyür, qalxır yerüzünədar ağacları meşə-meşə,böyüyür böyük oğullar dadar ağaclarına dırmaşa-dırmaşa,dar ağaclarının başından göyüzünə aşa-aşa
Göyüzündə ayaqyalın yüyürübKeçdikcə göyüzünün qatlarını,Tanrı da göndərər sonuncu qatdanBöyük oğulların çiyinlərinəBöyük oğulların qanadlarını.
Dar ağacları altında böyüyər balaca cəlladlar da,böyüyər böyük oğullara altdan yuxarı baxa-baxa,onların göydə gözdən itmələrindənbir az sevinə-sevinə, bir az da qorxa-qorxa:– Qurban olum, çox getmə göyüzündə uzağa,Göyüzündə ulduz çoxdu, ulduzluqda itərsən,– Qorxma, balaca cəllad, sən kətilini,kəndirini hazırla,göyüzündən yıxılsam, kətilini dartarsan.
Böyük oğulla doğular dəliliyi, dəlixanası,doğular qəza yolu, yolun qəzası,o böyüdükcə böyüyər dəliliyi də, dəlixanası da,böyüyər qəza yolu, yolun qəzası da,doğular həbsxanaların ən qaranlığı, ən nəmlisi,sözlərin ən şaxı, nəğmələrin ən şuxu, ən qəmlisi,o böyüdükcə böyüyər kameraların nəmi də,nəğmələrin şuxluğu, nəğmələrin qəmi də.
Ancaq dar gələr, dar gələr kameralarböyüyən böyük oğulların əyinlərinə,bədənləri yarıb keçər tavanlarıgöyüzü də dar gələr çiyinlərinə.
Beləcə, böyük oğullar baxmaz qanuna, yazıya,baxmaz ölümə, qəzaya,baxmaz fələyin qurduğu min kələyə, oyuna,doğular, elə doğulan kimi dəbələyini dolayar biləyinə,kəfənini dolayar boynuna.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-boyuk-ogullar-ayaqyalin-yuyurub-kecdikce-goyuzunun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ağlı-qaralıdır dünyamız bizim,Ağsız da kəm olar, qarasız da kəm.
Əcəb bilsəm bəni şeyda qılan kimƏcəb bilsəm bəni şeyda qılan kim?Bana bu eşq odın peyda qılan kim?
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur