Varı, yoxu – dibində daş,yanında da daş balası,bu göyüzündən o yanaTanrıyla öyünə-öyünə,sevinə-sevinə axır su.

Axdıqca o bircə-bircə,yumru-yumru, dükcə-dükcə,hər an, hər an, gündüz, gecə«Tanrım, Tanrım», dedikcə,yupyumru bu kainatdaancaq təkcə o, o, təkcə,heç özü bilmədən zalımhamını hamıya sevdirdikcə,yerüzündəən çox sevdirənlərigöyüzündəən çox sevilənlərdən etdikcə,

Sən də sevinirsən, Tanrım.

Sevinirsən, sanki xəbərin yox,hamını o su sevdirir,göyüzündə öz-özünəaçılır o suyun arxı,Sevinirsən, heç çəkməmiştəkdünya boyda qəmi, ahı,milyon ildi göydə tənha, təkbir damla axan suya dasevinirsən, İlahi,

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq