Hərəsi bir gülməli, yeməli adda,forslana-forslana bir boğça uşaqgedir bir göyərçin qanadı altda.

Çocuqdan çocuqmuş bu kainat da,forslana-forslana getməkdə o daAllahın görünməz qanadı altda!

O qanadı ancaq şairlər duyar,dünya da şairlər deyəni ancaq,min cürə dərt-qəmdən Allah sözüyləşairlər qoruyar dünyanı ancaq.

Ölsək, at belindəbütün kainata göz qoyan yerdə –o ən şəhanə,ən uca səngərdə saxlayın bizi,Bizi uca görüb, uca sayınca,heç bir dünya dərdi ağlana bilməz,nəğmələrin qəmi qurumayıncaşair gözləri də bağlana bilməz.

Hər ulduz dərdini şair canındanəğmə-nəğmə, söz-söz cahanlaşdırar,bütün kainatın min bir yanındatürmələr, qandallar, qanlar, qadalarqoca şairləri cavanlaşdırar,ölən şairlərin qəbrin daşdırar.

Bu göy də bir Tanrı pəncərəsitək,Tanrı aynasıtək daşlana bilər,bir gün sındırılsa, sınsa göyüzü,sınıqdan görüncə bir qəmli üzü,göydən at belində gözləyin bizi,bu dünya yenidən başlana bilərbir Kitab Söz ilə, Şeirlə yenə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq