Qonşu toyuna on hasar o yana oynayan uşaq
Qonşu toyunaon hasar o yanaoynayan uşaq,gül yarpağı altında,gül yarpağı şəklindəyazılır alın yazın.
Qonşu toyunaon hasar o yanaoynayan uşaq,çıx yarpaq altından,ay baxır sənə, ay baxır sənə.
Təzəcə yağışdan çıxmış göyüzü,Göyüzündən heç nəkeçməyib hələ,hələ gunahkarlar göyə üz tutuband içməyib hələ,çıx yarpaq altından yenə,ay baxır sənə, ay baxır sənə.
Yağışdan təzəcə çıxmışgöyüzü kimisən sən də,qonşu toyunaon hasar o yanaoynayan uşaq,Odu bax! Odu bax!Baxıb sənin oynunagöyüzündə qol açıboynayırlar mələkləron göyüzü o yana.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-qonsu-toyuna-on-hasar-o-yana-oynayan-usaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Ey gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.
Gül bağıLənkəranın Gül bağında gəzirəm.Mən behiştin qucağında gəzirəm.
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Nəsimin baxışı ruhpərvərdirNəsimin baxışı ruhpərvərdir,Gül fəsli, gecəylə gün bərabərdir.