Görən hansı kitab olubölümündən qabaqölümsüz Füzulininbaxdığı son kitab.Görən hansı gözələ bənzəyibNəsiminin yazdığı son hərf,görən hansı not işarəsi olubÜzeyir bəyin əlindən, ürəyindənson damla qanıtəkdamcılayıb tarixə düşən,Görən Niyazininhansı əlinin son hərəkətihansı səsi insan kimiqaldırıb ayağa?!

İndi kimi gözləyirson dəfə oxunacaqhansı xoşbəxt kitab,yazılacaq hansı xoşbəxt hərf,son damla qantəkdamcılayıb tarixə düşəcəkhansı xoşbəxt işarə,hansı xoşbəxt vergül, nöqtə,Yatdığı yerdəntarixin göyüzünə qaldırılacaqhansı xoşbəxt səs,hansı xoşbəxt söz?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri