Bu göy yağışla kiriməz,kiriməyə daşı durur,bu qəm bu üzdən yeriməz,kirpiyimdən kirpiyimə,kirpiyimdən üzüməyeriməyə yaşı durur.

Sünbüllər aşırar yenəbir-bir dəni dən üstünə,saçım da dən dən üstünə,sünbülləmir, naşı durur.

Hər ağ teli ağ gül sayım,sayım, gülüylə oynayım,hələ beşgünlük dünyanınbeş gününün beşi durur.

Sevməkdən doymuram deyəTanrım məni vermir göyə,Hələ yerdə sevdirməyəTanrının min işi durur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq