Daha nədən
Daha nədən,kimdən yazım?Qürbət elin vağzalında,yarı ayıq,yarı xoflumürgü vuranzənci kimiyəm.Cibimdə pul,ürəyimdə vətən sözü,gözlərimdə vətən özü,öz üstümdə vətən gözü yox.Aldanmıram, uymuramneçə aydır, bəlkə ilpəncərə işığına,Xəzər sahilindəki,dildə ev dediyimizqapılı-pəncərəlibu yalçın qayalara.Neçə ildir Bakıdagözümə dəymir mənimrahat nəfəs alan kəs.Bəlkə var,Allah bilir,kim bilir, bəlkə də var...Baxıram, yorğun-yorğunfınxırırlar arabirarabadan açılıbfaytonlara qoşulmuşbu əsilsiz yabılar...1971
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-daha-neden
← → düymələri ilə keçid, R — təsadüfi şeir