Gedir, gedir baş götürüb
Gedir, gedir baş götürüb,Saxlama, qoy dəysin daşa,Çilik-çilik olsun yollar,Sonra otur, yolsuz yaşa.
Unut getməyi, gəlməyi,Ağır yükdür bizə ayaq,Bizimçin ancaq yuxuda,Yanıb sönə bilər mayak.
Ürəyini sıxma bir an,Demə “bəs yollar neçindir?!Qardaş, bizim gözlərimizAncaq yol çəkmək içindir...
1985
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-gedir-gedir-bas-goturub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Məni bir zülfi-mişkinin qəmi aşüftəhal eylər
Məni bir zülfi-mişkinin qəmi aşüftəhal eylər,Gətirsə nəkhətin badi-səba dəfi-məlal eylər.
EyləAlçaqlı, ucalı dağlar,Halal eylə, hümmət eylə.
QayıqçıQayıqçı, məni də apar dənizə,Oturaq səninlə bir az üz-üzə...
Ay hayıf-hayıfSəhər tezdən əzmi-gülşən eylədim,Qəm məni çulğadı, ay hayıf-hayıf.