Hara baxır, nəyə baxır
Hara baxır, nəyə baxırO zirvədən top palıdlar?Bəlkə gözlərində ümid,Bəlkə balta qorxusu var...
Aşağıda gömgöy aran,Hələ yaydan saralmayıb,Qış da hələ uzaqdadır,Yollar qardan daralmayıb.
Bilmək olmur nə cücərir,Sular hardan-hara axır,Zəhərlənmiş bu dünyada,Qarışqalar hardan çıxır?
Meşələrin, düzlərin dəÖmrü-günü bəlalıdır,Qış yuxusundan oyananAyılar cüt balalıdır...
Unudursan gördüklərin,Hayanda, hansı eldədir,Görürsən ki, top palıd da,Göy aran da bir əldədir...1997
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-hara-baxir-neye-baxir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Hər əhli-hüsn kim, məni-bədbəxtə yar olur,Bilməm nə rəmzdir ki, dönüb şivəkar olur.
İqbalnamə, fəsil 42Müğənni, yorubdur bəm səslər məni,Zil üstə qaldır sən indi naləni!
AğlayıbdırSəhərdən vardım köyünəGördüm yarım ağlayıbdır
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,