Hər əhli-hüsn kim, məni-bədbəxtə yar olur
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Hər əhli-hüsn kim, məni-bədbəxtə yar olur,Bilməm nə rəmzdir ki, dönüb şivəkar olur.
Hər mahi-sim-saqə ki, mən müştəri olam,Səngi-məhəkdə qəlb çıxıb, kəm-əyar olur.
Yüz dəfə lütf ilə eləsə vədeyi-visal,Qismət mənə haman ələmi-intizar olur.
Bunca cəfaların görüb ol binəva könül,Ol bivəfayə, gör, genə ümmidvar olur.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid, təhəmmül et şəbi-hicranə, çəkmə ah,Bir gün olur ki, kamincə ruzigar olur.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-her-ehli-husn-kim-meni-bedbexte-yar-olur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu günkü bəzmdə cami-şərabımız yoxdur,Qara olub günümüz, afitabımız yoxdur.
Məni gədalığa ol yari-pürsitiz istərMəni gədalığa ol yari-pürsitiz istər,Həzar şükr ki, yarım məni əziz istər.
Hər aşiqin ki, sən kimi bir gülyanağı varHər aşiqin ki, sən kimi bir gülyanağı var,Lalə kimi, əyandı ki, köksündə dağı var.
Sövdalərə düşdüm, dedim: allah kərimdirSövdalərə düşdüm, dedim: allah kərimdir,Gər yandım, alışdım, dedim: allah kərimdir.