Kimin ki, sən kimi bir yari-sərvqaməti var
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Kimin ki, sən kimi bir yari-sərvqaməti var,Qədin fədası olum, gündə yüz qiyaməti var.
O vəqtdən ki, salıb başımı bəlayə könül,Qılır ki, şükr, onun haləti-səlaməti var.
Təvəhhüm etmə ki, tiğindən etiraz edirəm,Tökərsə qanımı, ey şux, canə minnəti var.
Zamani-hicrdə gah ağlayıb, gəhi gülürəm,Bu eşq aləminin özgə növ haləti var.
Dəvam qılmadı bir tişəyə səri-Fərhad,Onun təriqi-bəladə mənə nə nisbəti var?
Zəbani-hal qılır halımı özü təqrir,Dilim kəsilsə, bəyanə bunun nə hacəti var?
Məqtə — şairin təxəllüsü olan son beyt. Həmişə kəsrəti-qəm kəsrət içrədir, Seyyid,Xoş ol ki, aləm ara kəsrət içrə vəhdəti var.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-kimin-ki-sen-kimi-bir-yari-servqameti-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yarım gedibən özgələrə yar oldu,Sədparə könül hicrə giriftar oldu,
Gəldim, gördüm ki, bağdə yarım yoxGəldim, gördüm ki, bağdə yarım yox,Getdim, bildim ki, onda dildarım yox,
Mehrabdə səcdə etdin adət, ey şeyxMehrabdə səcdə etdin adət, ey şeyx,İzhar elədin sidqü iradət, ey şeyx,
Ey Yusifi-Misrdən cəmalın əmləhEy Yusifi-Misrdən cəmalın əmləh,Nəsrin hamı şeri-şüəradən əfsəh.
Başqa şairlərin şeirləri
Zalım kəfsin min başı var, min rəngi var dunyada,Hər an başqa cilvə ilə uz gostərir bir əda.
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,