Sanma qəm dəfini dildən meyi-gülgun eylər,Olsa hər kimsədə qəm mey dəxi əfzun eylər.

Etmişəm təcrübə kim, eşq ilə bimar olanınNə əlacın xümü sağər, nə Fəlatun eylər.

İctinab eyləmə meydən, bu o cövhərdir kim,Əşəsi Hatəm edər, müflisi Qarun eylər.

Ol ki, bir şişə şərabı ala dünyanı verib,Etiqadım budur ol kəs genə məğbun eylər.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, söhbəti-zöhhadə həvəs eyləmə kim,Təbi əfsürdə qılar, xatiri məhzun eylər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana