İraq ana qarğışından,Viran könül bayquşundan,Uçan evin üst daşından,Yaman gəldi bu sel, yaman,Axdı fələk yağışından.

İraq tərsin düz sözündən,Yalançının yaş gözündən,Millət çıxanda özündənBaşına çarə qıl, insan,Haqq yoluna çıxır yalan.

İraq quyu nənəsindən,Can verənin çənəsindən,Elin qara tənəsindən,Canın çıxar, qurtar canı,Yerdə qalır haqqın qanı...1991

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq