Yenə min qara yuxumBir səhərlə çin oldu,Yenə məni aldadanBir insan, bir din oldu...

Yenə sevincə uyduDamarım, qanım, ətim,Yenə burnumdan gəldiÖlümə xəyanətim...

Yenə məni eşikdəGözləyir qara köpək,İstəyir əvvəlkitəkGah ulayaq, gah hürək...

Fəqət sona dönmədiGünün dediyi ağı,Yenə vaxtında düşdüDivara gün işığı...1991

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri