Yarəb, bizə bağışla tövfiq,Nə rahi-məcazi, bil ki, təhqiq.Iman ilə qıl dilimni məqrun,Zikrinlə sözümni eylə mövzun.Mən bəndeyi-acizəm, günəhkar,Olmadı işim becüz günəh kar.Sən fəzli-əmimü pür kərəmsən,Qıl fəzl edübən mana kərəm sən.Çün mö’tərifəm yüküş günahə,Qəhr eyləməgil bu ru siyahə.Gər bəndədə var bəsi cərimə,Dutarmən ümidi sən kərimə.Latəqnətü boldu əmrin, ey həq,Ümmid neçük kəsəm mühəqqəq.Hər qüdrətə var hezar fikrim,Hər ne’mətə var hezar şükrim.Bir ol ki, ədəmdən eylədin var,Verdin kərəm ilə əqlü göftar.Bir ol ki, inayət etdin iman,Bildik səni, ey kərimü dəyyan.Lütf eylə nişaneyi-kərimi,Görsət bizə rahi-müstəqimi.Bir yaxşı məta’ əlimdə yoxdur,Səndə kərəm ilə lütf çoxdur.Kəsmə kərəmin bu binəvadən,

Ayırma livayi-Mustafadən.Kim, xoşluğuna düzəldi aləm,Əflakü mələk, zəminü adəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri