Öldün, getdin,bağışla, ağlaya bilməyəcəyəm sənə.Bilirsənmineçə ağac kəsilibgözlərimin önündə,qayalardan atılanneçə şəlalə intiharıgörmüşəm?Özüm də bilmirəm,neçə ulduz basdırmışamgöylərdə,neçə insan ümidinin meyidinibuza qoymuşam qəlbimdə?Yer üzünə gələndən bərigündüzlər aydan,gecələr günəşdənyetim qalmışam hər gün.Bağışla,çoxdur ölənlərim,sənə ağlaya bilməyəcəyəm...

1995

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri