Sevirəm deyən dodaqlara
Sevirəm deyən dodaqlara,Günəşə baxan uşaqlara,Dənizə çıxan qayıqlara,Bir yağış yağır gecə, səhər.
Hər damlası bir çiçək, bir gül,Bir arzu, bir söz,Bir tale, bir bəxt gətirir,Bəzən bir ümid, bəzən göz yaşı.Gətirir bir çiçək yağışı.
Bir yağış yağır gecə, səhər,Boyayır rənginə dünyanı,Böyüyür sevinc, sönür kədər,Bir yağış yağır gecə, səhər...*
1970
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-sevirem-deyen-dodaqlara
← → düymələri ilə keçid, R — təsadüfi şeir