Darıxma, gözlə,indicə gəlirəm.Allaha bir söz deyib,bircə insan ömrü yaşayıb,gəlirəm.

Çox çəkməz, çox uzanmaz,nədir ki, vaxt üçünbir insan ömrü?Heç nə, heç bir şey.Bir doğum, bir ölümvə onların arasındaAllaha deyilən bircə kəlmə söz.Ya — hə, ya — yox....Gözlə, sevgilim torpaq,gözlə,meşələrlə xumarlanan,dənizlərlə bərələn,çaylarla axan gözlərinəqurban olduğum...

1986

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri