Rəhmət demək olmazmıiki gün əsib,bir gün yatan küləyə?Niyə baş çəkən yoxdurölən qışın məzarına?Qırmızı lalələr başdaşıdırbasdırılmış ağ qarların...Neçə yuxunu öldürürhər səhərin işığı?Neçə arzu basdırılırinsan səslərində hər gün?Yadımıza düşmür, görünmür gözə,ruhu inildəyir, ancaqürəkdə yıxılıb, qalxabilməyən ümidlərin,ötən günlərin...Ehtiyatla gəzin, addımlayın evdə-eşikdə,əzməyin ayaq altda, basdalamayınəzizlərinizi...1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri