Suallardan birinəbir cavab verən lazımdır axı,bu yollardan heç olmasa, birininhara getdiyini deyən.Axı bu meynəliklərdə azıb qalanabir kəs bir salxım üzüm verib,ən yaxın təpənin yerini göstərməlidir,göstərməlidir ki, heç olmasa,o təpənin üstündənbaşqa bir təpəyə qədər görəsənnə var, nə yox dünyada.Və biləsən ovsunçunun evi harda,yaraya məlhəm qoyanın evi hardadır...Bir kəndə elə-belə, əliboş getmək olmaz,gərək bir kəndə gələndəbaşqa bir kəndin adını verəsən.Belə olmaz, olmaz vallah,yel kimi kimsəsiz, yel kimi köksüz...1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri